Get a Quick Advice (051) 409 99 11

L- Carnicor (oral məhlul)

  1. Home
  2. Medicines
image description

Tərkibi:

Levokarnitin  - 500 mq/5ml

Farmakoloji qrup: Antihipoksantlar. Vitamin qrupu preparatları 

Farmakoloji xüsusiyyətləri:

L-karnitinin əsas funksiyası -  uzunzəncirli yağ turşularının (palmitin, stearin və s.) mitoxondrilərin membranından keçərək  ATF və asetil – KoA-nın əmələ gəlməsinə səbəb olur. Enerji mübadiləsinin müxtəlif təbəqələrində iştirak edərək metabolik prosesləri stimullaşdırır. Anabolik, antihipoksik və antitireoid təsir göstərir, yağ mübadiləsini aktivləşdirir, regenerasiyanı stimullaşdırır, iştahanı artırır. L - karnitin - B qrup vitaminlərinə yaxın olan təbii maddədir.

Metabolik proseslərin kofaktoru olub, KoA aktivliyinin saxlanmasını təmin edir. Əsas mübadiləni azaldır, zülal və karbohidrat molekullarının parçalanmasını ləngidir. Membranlardan mitoxondrilərin keçməsinə və uzunzəncirli yağ turşularının (palmitin və s.) parçalanmasına səbəb olaraq asetil-KoA əmələ gətirir, hansı ki, qlükoneogenez prosesində piruvatkarboksilazanın aktivliyinin təmini, keton cisimlərin əmələ gəlməsi, xolin və onun efirlərinin sintezi, oksid fosforilləşmənin və ATF əmələ gəlməsi üçün lazımdır. Yağ depolarından yağı mobilizə edir (3 labil metil qrupların mövcud olması). Qlükozanı rəqabət zəminində xaric edərək yağturşulu metabolik şuntuna təkan verir, hansının ki, aktivliyi oksigenlə bağlı deyil (aerob qlikolizdən fərqli olaraq), bununla əlaqədar preparat kəskin hipoksiya şəraitində (o cümlədən beyində) və digər kritik hallarda effektivdir. Neyrotrofik təsir göstərir. Zülal və yağ mübadiləsini yaxşılaşdırır, tireotoksikoz zamanı əsas mübadiləni yüksəldir (tiroksinin qismən antaqonisti olaraq). Qanın qələvi ehtiyatını bərpa edir, qan laxtalanma sisteminə təsir etmir, ketoturşuların əmələ gəlməsini azaldır, toxumaların parçalanmanın toksik maddələrinə qarşı davamlılığını artırır, anaerob qlikolizi aktivləşdirir, antihipoksik xüsusiyyətlərə malikdir, reparativ prosesləri stimullaşdırır və gücləndirir. Venadaxili yeridilməsində 3 saatdan sonra qandan praktiki olaraq tam xaric olunur. Miokarda və qaraciyərə asan keçirn, əzələlərə - tədricən. Asil efirlər şəklində əsasən böyrəklərlə xaric olur. 

İstifadəsinə göstərişlər:

 İstifadə qaydası. 

 2 yaşadək uşaqlarda 150 mq/kq/sut

 2 - 6 yaşadək uşaqlarda 100 mq/kq/sut

 6 - 12 yaşında isə 75 mq/kq/sut

 Dərman vasitəsi ayrıca və ya kompleks müalicənin tərkibində aşağıda göstərilən hallarda təyin edilir:

-Yenidoğulmuşların hipoksiya və hipotoniyası;

-Doğuş travması və asfiksiya;

-Yarımçıqdoğulmuşlara qulluq zamanı;

-İştahanın zəifləməsi;

-16 yaşa qədər uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi;

-Uşaq serebral iflici;

-Hipoksiya ilə müşayət olunan ürək qüsurları, aritmiyalar. 

Əks göstərişlər:

 L-karnitinə qarşı yüksək həssaslıq reaksiyası. 

Əlavə təsirlər:

 Nadir hallarda dispeptik əlamətlər. 

Buraxılış forması:

 100 ml –lik flokonda içlik vərəq ilə birlikdə karton qutuda 

İstehsalçı:

Coral Laboratories LTD., Hindistan