Get a Quick Advice (051) 409 99 11
image description

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başladı. 

 

Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu Hospitalda gömrük əməkdaşlarının və əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılmışdır. 


Hospitaldakı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri ən innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Hospitalda Azərbaycanda ilk dəfə olaraq müasir xüsusi havalandırma sistemi tətbiq olunmuşdur, pnevmatik ötürücü sistem quraşdırılmışdır. Yeni tibb ocağı üçün “Mercedes” markalı 5 reanimobil və səyyar hospital alınmışdır.


Mərkəzi Hospitalın qabaqcıl avadanlıqlarla təchiz olunması ilk növbədə gömrük əməkdaşlarına, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək məqsədini daşıyırdı. Eyni zamanda bu, səhiyyənin müasirləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin parlaq bir nümunəsi olmuşdur.

        
Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilmişdir.

 
10 ildən çoxdur ki,  Hospitalımız ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və  4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, hazırda Hospitalda 2 əməkdar həkim, 4 tibb üzrə elmlər doktoru, 19 tibb üzrə fəlsəfə doktoru, 2 doktorant və Türkiyədə uzmanlıq təhsili almış 15 həkim öz şərəfli peşə borcunu layiqincə yerinə yetirirək əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərirlər. 


Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Mərkəzi Gömrük Hospitalı, Komitənin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işlərini aparır. Modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyalar öyrənilir, yeni tibbi xidmətlər tətbiq olunur, innovativ avadanlıqlar alınır, xidmət sahələri genişlənir, yeni peşəkar kadrlar yetişdirilir.

 

2018-ci ildə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İdarənin nəzdində Elmi Təcrübi və Tədris Mərkəzi yaradılıb. Hospitalın həyatında ilk dəfə olaraq həkim-rezidentlər üçün təlim proqramı təşkil edilib.

 

Hospitalda pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və online xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid Çağrı Mərkəzitərəfindən qəbul edilir, hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərilir.


Bu gün peşəkar və təcrübəli heyəti ilə Mərkəzi Gömrük Hospitalı nəinki gömrük işçiləri və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır.

 

10 il keçməsinə baxmayaraq, kollektivimiz Cənab Prezidentin etimadını doğrultmaq üçün öz səylərini eyni ilə bu gün də davam etdirir.

image description

Turan Klinikası

Not Mentioned

Turan Klinikası -''Sağlamlığınızı bizə etibar edin!''

Sizlər klinikamıza müraciət etdiyiniz andan peşəkar tibbi personalının qayğısı ilə əhatə olunursunuz. Səhhətinizdə olan bütün problemlər yüksək ixtisaslı həkimlər tərəfindən araşdırılır, müvafiq müayinə və müalicələr təyin edilir, təyin edilmiş müalicələr həkimlər tərəfindən izlənilir! Klinikamızın Cərrahiyyə bölümündə geniş profilli cərrahi əməliyyatlar, yüksək ixtisaslı həkimlər və peşəkar personalın köməyi ilə həyata keçirilir.Ən müasir avadanlıqlarla təchizat işimizin keyfiyyətini artırır.24 saat cərrahiyyə bizim iş qrafikimizdir!

image description

Mərkəzi Klinika

Not Mentioned

Mərkəzi Klinikanın missiyası Azərbaycan səhiyyəsinə yeni, beynəlxalq standartlara uyğun tibbi xidmət sistemini və təfəkkürünü formalaşdırmaq və həyata keçirməkdən ibarətdir. Əsas məqsədimiz tibbin ən son nailiyyətlərindən, texnika və texnalogiyalarından istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərməkdən ibarətdir. Daha doğrusu xəstəxananın açılışı mərasimində Ümummilli Liderimiz Heydər Əliyev cənablarının proqram xarakterli nitqində qarşımıza qoyduğu aşağıdakı məqsəd və vəzifələri rəhbər tutaraq fəaliyyət göstərir və onlara nail olmağa uğur qazanmağımızın əsas meyarı kimi baxırıq. Bu vəzifələr aşağıdakılardan ibarətdir:

  • Xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərmək;
  • Azərbaycan vətəndaşlarının xarici ölkələrdə deyil, məhz öz vətənlərində indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər almalarını təmin etmək;
  • Yüksək ixtisaslı və müasir səviyyədə tibbi bilik və bacarığa malik milli tibbi kadrlar hazırlamaq;
  • Respublikamızdan müalicə məqsədilə xarici ölkələrə gedən xəstələrin vətəndə müalicə almalarını təmin etməklə yanaşı, bu məqsədlə xaricə aparılan milli valyuta axımının qarşısını almaq və onun xalqın mənafeyi naminə istifadəsini təmin etmək.

image description

Hər zaman olduğu kimi daim yenilikləri və keyfiyyəti üstün tutaraq "ZƏFƏRAN" brendi, müasir təbabətin bütün normativlərini meyar tutaraq "ZƏFƏRAN HOSPİTAL" tibb mərkəzini yaratdı. "ZƏFƏRAN HOSPİTAL" geniş profilli özəl tibb mərkəzi olaraq Təcili yardım, Laboratoriya, Poliklinika, İnvaziv və Qeyri invaziv Kardiologiya, Ürək-damar cərrahiyyəsi,  Qeyri invaziv və İnvaziv Radiologiya, Cərrahiyyə (Ümumi və Bariatrik cərrahiyyə, Travmatologiya-Ortopediya, Neyrocərrahiyyə, Uralogiya), Reanimasiya və İntensiv terapiya şöbələrindən ibarətdir. Bu şöbələrdə tam peşəkar və məsuliyyətli tibbi personal fəaliyyət göstərir. Ən son avadanlıqlarla təchiz olunnmuş mərkəzimizdə pasiyentlərə yüksək keyfiyyətli 24 saat Təcili Tibbi Yardım xidməti, Evdə tibbi manipulyasiyalar, 24 saat Labratoriya, Stasionar xidmət, bütün növ tibbi manipulyasiyalar və müxtəlif diaqnostik və radioloji tibbi xidmətlər göstərilir.   

image description

Tariximiz

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası əvvəlcə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi adlanırdı və 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Xəstəxanamızda aşağıdakı şöbələr və bölümlər fəaliyyət göstərir.

image description

LOR Hospital

Not Mentioned

                                                          

2013-cü ildən fəaliyyət göstərən LOR HOSPITAL  Klinikasında  hər növ burun, qulaq, boğaz  və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv  əməliyyatlar həyata keçirilir. Yerli uzman  həkimlərimizlə yanaşı Türkiyədən, Rusiyadan və Ukraynadan gələn həkimlər də burada yüksək keyfiyyətli tibbi xidmət göstərirlər.

Klinikada 3 əsas mərkəz fəaliyyət göstərir: Eşitmə Mərkəzi, Səs Mərkəzi, Nəfəs Mərkəzi.

Azərbaycanda ilk dəfə olaraq  Lor Hospitalda Eşitmə  Mərkəzi fəaliyyətə başlamışdır. Bu mərkəzdə hər yaş qrupundan olan şəxslərin eşitmə muayinələri Türkiyədə kurs keçmiş yüksək ixtisasli mütəxəssislər tərəfindən həyata kecirilir. Eşitmə mərkəzində -Otoakustik emisyon, Audiometriya, BERA  Testi, Timpanometriya   müayinələri həyata keçirilir.                                                            

Klinikada həmçinin Səs Mərkəzi də fəaliyyət göstərir. Klinikamızın nəzdində yerləşən SƏS MƏRKƏZİ xüsusən peşəkar səs istifadəçilərinin səs problemləri ilə bağlı diaqnostika və müalicə sahəsində ixtisaslaşmış bir mərkəzdir. Komanda işi ilə, Səs mərkəzi mütəxəssisləri bir dərziyə xas üsulla xəstələrin ehtiyacı olan müalicə planlarını hazırlayırlar. Komandamızda qulaq-burun-boğaz həkimləri, foniatr, səs terapevti və səs pedaqoqu-vocal coach başda olmaqla  əsas xidmətləri həyata keçirən mütəxəssislər təmsil olunurlar. Səs Mərkəzi klinikanın digər şöbələri ilə koordinasiyalı bir plan həyata keçirərək xəstələri diqqət mərkəzində saxlayır.

 Səs Mərkəzində-Qırtlaq - səs büküşlərinin  vizual müayinəsi (Videolarinqostroboskopiya,  Səs büküşü hərəkətinin yüksək tezlikli video çəkimi), Səsin akustik analizi, Voice coach - vokal məşqlər kimi müayinələr həyata keçirilir.

Astma Mərkəzimizdə  isə rinomanometriya, spirometriya, yuxu testi (polisomnoqrafiya) kimi müayinələr həyata keçirilir.

 Bundan başqa Lor Hospital klinikasi dünyada eşitmə cihazı istehsal edən 3 iri şirkətin rəsmi distribyutorudur.  Eşitməsində problemi olan şəxslər yuksək ixtisaslı həkimlər tərəfindən müayinə olunur, əgər eşitmə cihazının istifadəsi  məsləhət görülərsə xəstələr yerindəcə bu cihazlarla təmin olunurlar.

Klinikada həmçinin, anadangəlmə və sonradan qazanılmış ağır dərəcəli eşitmə itikisi  olan xəstələrə xarici həkimlər və Uzman həkimlər   tərəfindən Koxlear implant əməliyyatı da həyata keçirilir.Əməliyyatdan sonra implantlı,həmçinin də nitq qüsuru olan xəstələrlə Türkiyədə  xüsusi kurs keçmiş loqopedlər məşğul olur.

Uşağınızda eşitmə ilə bağlı hər hansı bir şübhəniz varsa mütləq LOR HOSPITAL klinikasina müraciət edin.Çünki eşitmə itkisinin erkən aşkara çıxarılması problemin vaxtında həlli üçün önəmlidir.

 

image description

Modern Hospital

Clinics

 

 

Hazırda ölkəmizdə 500-ə yaxın özəl tibbi müəssisə fəaliyyət göstərir ki, onlar dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Belə müəssələrdən biri də 2008-ci ilin noyabr ayında Bakıda fəaliyyətə başlayan, müasir avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı həkimlərin çalışdığı Modern Hospitaldır. Bu gün Azərbaycanda çox əlverişli biznes mühiti formalaşmışdır. Cənab Prezidentin həyata keçirdiyi davamlı inkişaf proqramları tibb sahəsi üçün də münbit şərait yaratmışdır. Ölkəmizdə inşa edilən yüzlərlə yeni tibb müəssisələri və regional tibb mərkəzləri əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətə malikdir. Ölkəyə çox qiymətli tibbi cihazlar gətirilir. Bu isə hər cür xəstəliyin müayinə və müalicəsinə geniş imkanlar yaradır.
Klinikamız çoxprofillidir, pasientlərimizə stasionar xidmət də göstərilir.

41 çarpayımız 8-i reanimasiya şöbəsində, 33-i isə ümumi stasionar palatadadır.Burada ürək cərrahiyyəsindən başqa bir çox sahələr üzrə cərrahi əməliyyatlar aparılır. Laporaskopik üsul və endoskopik cihazlar vasitəsi müxtəlif əməliyyatlar icra olunur. Vaxtaşırı türk həkimlərinin köməyi ilə Azərbaycanda yenə ilk dəfə Modern Hospitalda icra olunan mikroskop vasitəsi ilə qulaqda əməliyyat aparılır. Uroloji xidmətlər - müayinələr, endo-uroloji əməliyyatlar Avropa və Amerika uroloji assossiasiyalarının qəbul etdiyi protoklollar əsasında həyata keçirilir. Bu və digər sahələrdə ən müasir müalicə standartlarını klinikamızda çoxdan tətbiq edirik.


Almaniya və Turkiyənin bir çox qabaqcıl klinikaları ilə əməkdaşlıq edirik. Maddi-texniki təchizat məsələsi ilə bağlı biz tibbi cihazları dünyaca məhşur firmalardan alırıq. Əsas üstünlüyü Yaponiya, ABŞ, Almaniya, İtaliya kimi ölkələrə veririk. Bu gün klinikamızda çox qiymətli cihazlar var. Məsələn, mədə-bağırsaq xəstəliklərinin müayinəsinin endoskopiya üsulu var. Biz indi videoendoskopiya vasitəsi ilə xəstəyə heç bir əziyyət vermədən bu müayinəni aparırıq. Kamera endoskopun ucunda olduğundan daha geniş informasiya götürmək imkanı yaradır. Müayinə zamanı ekrana xəstə də, həkim də baxa bilər və prosesin kompyuterin yaddaşında qeyd olunması da mümkündür.

Endoskopiya klinikamızda bir çox sahələrdə uğurla tətbiq edilir.Modern Hospital klinikasında müharibə əlilləri, şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. 
Təhsil nazirliyinə bağlı uşaq evləri və “SOS” Uşaq Kəndində olan kimsəsiz uşaqları bizim klinika tam pulsuz müayinə və müalicə edir. Bundan başqa klinikamızda müharibə əlilləri,şəhid ailələri və məcburi köçkünlərə güzəştlər tətbiq olunur. Söz yox ki, gələcəkdə biz öz güzəşt kateqoriyalarımızı daha da genişləndirəcəyik.