Get a Quick Advice (051) 409 99 11

Zithrox (tablet, suspenziya hazırlamaq üçün toz)

  1. Home
  2. Medicines
image description

Tərkibi  
Zitrox tabletlər - hər örtüklü tabletin tərkibində 524,04 mq  Azitromisin-dihidrat (500 mq Azitromisinə ekvivalentdir) vardır.
Zitrox suspenziya - hər 5 ml suspenziyanın tərkibində 200 mq Azitromisinə ekvivalent miqdarda Azitromisin-dihidrat  vardır.

Farmakoloji xüsusiyyətləri  
Azitromisin makrolid qrupu antibiotikidir. O, həssas mikroorqanizmlərin 50-ci ribosomal subvahidinə təsir edir və bununla onların protein sintezi pozulmuş olur. Nuklein turşuları sintezinə təsir etmir. Azitromisin faqositlərdə və fibroblastlarda toplanır.
Toxumalarda preparatın konsentrasiyası plazmada olduğundan daha yüksəkdir.
Bir həftədən artıq terapiya zamanı qəbul edilən dozanın təxminən 6 % -i dəyişilməmiş şəkildə sidikdə aşkar edilir.

İstifadəsinə göstərişlər  
Xroniki ağciyər xəstəliklərinin kəskin bakterial ağırlaşmaları (Haemophilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae mənşəli)
Kəskin bakterial sinusitlər (Haemophilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae mənşəli).
Kommunal məişət pnevmoniyası (Chlamydia pneumoniae, Haemophilus influenzae, Mycoplazma pneumoniae, Streptococcus pneumoniae mənşəli).
Dərinin və dəri törəmələrinin infeksiyaları (Staphylococcus aureus, Streptococcus pyogenes, Streptococcus agalactiae mənşəli).
Uretrit və servisitlər ( Chlamydia trachomatis, Neisseria gonorrhoeae
Haemophilius ducrei mənşəli).
Kəskin otit (Haemophilus influenzae, Moraxella catarrhalis, Streptococcus pneumoniae mənşəli).

Əks göstərişlər  
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Əlavə təsirləri  
Yorğunluq, ürəkdöyünmə, döş nahiyəsində ağrılar, həzm pozğunluğu, ürəkbulanma, qusma, diareya, başgicəllənmə, baş ağrısı, səpgi, fotohəssaslıq.

İstifadə qaydası və dozası  
Zitrox tabletlər 500 mq dozada  3-6 günə qədər daxilə qəbul edilir.
Zitrox suspenziya 10 mq/kq hesabı ilə 5 günə qədər istifadə oluna bilər. İstifadədən öncə flakonu ÷çalxalamaq lazımdır.

Buraxılış forması  
Zitrox 500 mq tabletlər, 3 tablet striplərdə. 1 strip, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Zitrox 200mq /5 ml istifadəyə hazır 15 ml-lik suspenziya, şüşə flakonda. 1 flakon içlik  vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı: Macleods Pharmaceuticals Ltd,Hindistan