Dərmanlar


Ginotran forte L ( şam )

Türkiyə / EMBİL İLAÇ SANAYİİ LTD.ŞTİ. / / İltihab, allergiya və göbələk əleyhinə kombinəolunmuş preparat


Tərkibi:

Təsiredici maddələr: 1 vaginal suppozitoriyanın tərkibində 750 mq metronidazol, 200 mq mikonazol nitrat, 100 mq lidokain vardır.
Köməkçi maddələr: vitepsol.

Farmakoterapevtik qrupu:

Kombinəedilmiş antibakterial və antiprotozoy dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:

Ginotran vaginal suppozitoriyanın tərkibində olan metronidazol antibakterial və antiprotozoy, mikonazol nitrat antifunqal, lidokain yerli anesteziyaedici təsir göstərir.

Mikonazol-nitrat imidazol törəməsidir, geniş spektrli antifunqal preparat olaraq yerli istifadə olunur, bir çox patogen göbələklərə və birinci növbədə Candida albicansa və bəzi qrammüsbət bakteriyalara qarşı effektivdir. Öz təsirini sitoplazmatik membranda erqosterolun sintezini ləngidərək göstərir. In vitro aparılan tədqiqatlarda mikonazol mikotik hüceyrədə, hüceyrə divarının keçiriciliyini pozur və onunla qlükozanın mənimsənilməsini tormozlayır.

Metronidazol 5-nitroimidazol qrupundan antibakterial və antiprotozoy preparatdır, Gardnerella vaginalis, Trichomonas vaginalis, anaerob streptokokklar daxil olmaqla, anaerob bakteriyalara təsir göstərir. Metronidazol və mikonazol sinergist yaxud antaqonist deyildir. Lidokain yerli anestetikdir, sinir impulslarının ötürülməsini blokadaya alır.

Farmakokinetikası:

Mikonazol-nitrat: Vaginal yolla istifadə zamanı mikonazol-nitrat çox aşağı konsentrasiyalarda sorulur (toplam dozanın 1,4 %-i). Ginotran Forte L suppozitoriyalarının istifadəsindən üç gün sonra, mikonazol-nitrat qanda aşkar olunmur.

Metronidazol: Yerli istifadə zamanı, metronidazolun biomənimsənilməsi oral yolla birdəfəlik istifadə olunması ilə müqayisədə 20% təşkil edir. Ginotran Forte L vaginal
suppozitoriyalarının istifadəsindən üç gün sonra, qanın analizi zamanı metronidazolun miqdarı 1,1-5,0 mkq/ml olur. Metronidazol qaraciyərdə iki əsas metabolit əmələ gətirərək metabolizmə uğrayır: hidroksil metabolit və asetil turşusunun metaboliti. Hiaroksil metabolit metronidazolun 30 % bioloji aktivliyinə malikdir.Yarımxaricolma dövrü 6-11 saatdır. Per os yaxud v/d istifadə zamanı metronidazolun 60%-80% metabolit şəklində və həmçinin dəyişilməmiş halda sidiklə xaric olunur. Qəbul olunan dozanın təxminən 20%-i sidiklə dəyişilməmiş halda xaric olunur.

Lidokain : Lidokainin təsiri istifadədən 3-5 dəqiqə sonra başlayır. Lidokain zədələnmiş dəridən və selikli qişalardan absorbsiya olunur, qaraciyərdə metabolizmə uğrayır. Sidiklə həm metabolit şəklində,   həm də dəyişilməmiş halda (qəbul olunmuş dozanın 10%-i) xaric olunur. Ginotran Forte L vaginal suppozitoriyalarının istifadəsindən üç gün sonra, lidokain, 0,04-1 mkq/ml səviyyəsinə çatdıqda, çox az konsentrasiyalarda absorbsiya olunur.

İstifadəsinə göstərişlər: 

C. albicans tərəfindən törədilən vaginal kandidozun, Gardnerella vaginalis və anaerob bakteriyaların törətdiyi bacterial vaginitin, Trichomonas vaginalis tərəfindən törədilən trixomoniazın, həmçinin  qarışıq infeksiayaların müalicəsində istifadə olunur.

Əks göstərişlər:

Tərkibindəki maddələrə, yaxud onların törəmələrinə qarşı yüksək həssaslıq, hamiləliyin l-ci trimestri, porfiriya, epilepsiya və qaraciyər funksiyalarının ağır pozğunluğu.

Xüsusi göstərişlər:

Disulfiramabənzər reaksiyaların əmələgəlmə ehtimalına görə müalicə zamanı və müalicədən 2 gün sonra alkoqol qəbul olunmamalıdır.

Yüksək dozalarda uzun müddətli ümumi istifadə, periferik neyropatiyalara və qıcolma hallarına səbəb ola bilər.

Vaginal suppozitoriyanın istifadəsi zamanı kontraseptiv diafraqma və qoruyucuların bütövlüyünün pozulması səbəbindən eyni  zamanda istifadə olunmamalıdır.

Trixomonad vaginitin Ginotran Forte L suppozitoriyaları ilə müalicəsi prosesi zamanı cinsi partnyorun parallel müalicəsı zəruridir.

Böyrək çatışmazlığında metronidazolun dozasının endirilməsi barəsində məlumatlar vardır.

Qaraciyər funksiyasının ağır pozğunluğu zamanı metronidazolun klirensı çətinləşir. Hepatik ensefalopatiyası olan xəstələrdə preparat  ehtiyatla istifadə olunmalıdır, çünki metronidazolun konsentrasiyasının qanda artması xəstəliyin simptomlarının artmasına səbəb olur. Belə xəstələrdə gündəlik doza 1/3 qədər  azaldılır. Qaraciyər funksiyasının pozğunluğu olan xəstələrdə lidokainin yarımxaricolma dövrü iki dəfə və daha artıq arta bilər. Böyrəklərin funksiyasının pozulması, öz növbəsində, lidokainin farmakokinetikasına təsir göstərmir, lakin metabolitlərin depolaşmasını artırır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Aşağıda sadalanan preparatlarla eyni zamanda istifadəsi zamanı belə qarşılıqlı əlaqələr müşahidə oluna bilər:

Alkoqol: alkoqola qarşı dözümsüzlük (Disulfiramabənzər reaksiyalar).

Oral antikoaqulyantlar antikoaqulyantların təsirini gücləndirir.
Fenitoin: qan plazmasında fenitoinin səviyyəsini artırır,metronidazolun səviyyəsini azaldır.

Fenobarbital: fenitoinin qanda səviyyəsini artırır, metronidazolun  səviyyəsini qanın plazmasında azaldır.

Disulfiram: mərkəzi sinir sisteminin effektləri (psixotik reaksiyalar).
Simetidin: metronidazolun səviyyəsini qanda artırır, nevroloji əlavə təsirlərin əmələ gəlmə riskini artırır.

Litium: litiumun toksikliyini artırır.

Astemizol və terfenadin: metronidazol və mikonazol bu preparatların metabolizmini ləngidərək, onların plazma konsentrasiyalarını artırır.  Metronidazolla müalicə zamanı qaraciyər fermentlərinə, qlükozanın  (geksokinaza üsulu), teofillinin və prokainamidin səviyyələrinə təsiri müşahidə oluna bilər.

İstifadə qaydası və dozası:

Həkim təyinatı olmadan istifadə olunmamalıdır. Həkim tərəfindən başqa təyinat olmadıqda, 7 gün ərzində hər axşam 1 vaginal suppozitoriya istifadə olunur. Residivli və digər müalicələrə rezistent  olan vaginitlərdə 1 vaginal suppozitoriya hər axşam 14 gün ərzində istifadə olunur. Ginotran Forte L vaginal suppozitoriyalar uzanıqlı vəziyyətdə, qutuda olan barmaqcıqlıq vasitəsi ilə uşaqlıq yoluna  dərin yeridilir.

Yaşlı adamlar (65 yaşdan yuxarı): Cavan xəstələrdə olduğu kimi eyni  tövsiyələr.

Uşaqlar: uşaqlara təyin olunmur.

Bakirələrdə istifadə olunmur.

Daxilə və başqa üsullarla istifadə olunmamalıdır
Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik üçün risk kateqoriyası metronidazol və lidokain üçün - B, mikonazol nitrat üçün - C.

Ginotran Forte L vagınal suppozitoriyalar hamiləlik dövrünün I trimestrindən sonra kəskin ehtiyac olduğu zaman həkim nəzarəti altında təyin oluna bilər. Metronidazolun ana südünə keçməsi səbəbindən müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. Bu proses müalicə qurtarandan 24-48 saat sonra davam edilməlidir. Lidokainin ana südünə keçməsi barəsində məlumat yoxdur. Bu səbəbdən laktasiya dövründə istifadəsi məsləhət deyil.

Əlavə təsirləri:

Nadir hallarda yüksək həssaslıq reaksiyaları müşahidə olunur vaginada göynəmə, qaşınma və irritasiya, baş ağrıları, qarında  ağrılar, çox nadir hallarda dəri səpgiləri. Oral yolla müqayisədə metronidazolun yerli istifadəsi zamanı qanda aşağı konsentrasiyalar  olduğundan (2-12%) ümumi əlavə təsirlər çox az hallarda müşayiət
olunur. Daha ciddi vaginal irritasiya müşayiət olunduqda müalicəni dayandırmaq lazımdır.

Digər antifunqal preparatlar - imidazol törəmələri kimi (2-6%), mikonazol nitrat yerli istifadezamanı vaginal irritasiyanın (göynəmə, qaşıntı) səbəbi ola bilər. Ciddi imtasiya olduqda mualicəni  dayandırmaq lazımdır.

Metronidazolun oral yolla tətbiqi zamanı müşayiət olunan əlavə təsirləri nadir hallarda hiperhəssaslıq reaksiyaları, leykopeniya, ataksiya, əhval-ruhiyənin dəyişməsi, diareya, başgicəllənmə, baş  ağrıları, iştahasızlıq, ürəkbulanma, qusma, mədədə ağrı və   spazmlar, dadbilmə qabiliyyətinin dəyişməsi, ağızda quruma və  metal dadı, qəbizlik, yorulma, zəiflik; preparatın yüksək dozalarda  uzun müddət qəbulundan sonra periferik neyropatiya, çox nadir  hallarda konvulsiv reaksiyalar.

Intravaginal istifadə zamanı, metronidazolun konsentrasiyası aşağı olduğu üçün, sadalanan əlavə təsirlər nadir hallarda muşayiət olunur.

Gözlənilməyən effektlər baş verdikdə həkimə müraciət edin.

Doza həddinin aşılması:

Təsadüfən çox miqdarda preparat daxilə qəbul olunarsa, mədə yuyulmalıdır. Antidotu yoxdur; simptomatik müalicə təyin olunur. 12 mq metronidazol qəbul etmiş xəstələrdə yaxşılaşma müşahidə olunur. Metronidazolun artıq dozalanmasında xarakterik əlamətlər:  ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar, diareya, qaşınma,  ağızda metal dadı, ataksiya, başgicəllenmə, paresteziyalar,konvulsiyalar, leykopeniya, sidiyin rənginin tündləşməsi. Mikonazol  nitratın artıq dozalanmasında xarakterik əlamətlər: ağızda və  boğazda yanğı hissi, anoreksiya, ürəkbulanma, qusma, baş ağrıları,diareya.

Buraxılış forması:

7 vaginal suppozitoriya birdəfəlik istifadə üçün nəzərdə tutulmuş barmaqcıqlarla və içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

Digər buraxılış formaları: 

Ginotran vaginal suppozitoriyalar (500 mq metronidazol və 100 mq  mikonazol nitrat).

Ginotran Forte vaginal suppozitoriyalar (750 mq metronidazol və 200  mq mikonazol nitrat).

Saxlanma şəraiti:

25°C-dən yuxarı olmayan temperaturda, özqutusunda, uşaqların əli  çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti:
2il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti:
Resept əsasında buraxılır.

İstehsalçı

EMBİL İLAÇ SANAYİİ LTD.ŞTİ  Bomonti, Biraxane sokak №40  80223 Şişli, Istanbul,Türkiyə



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!