Dərmanlar


Afrika şiri (kapsul)

Çin / Xuanan / / Bitki tərkibli


Tərkibi:

Xunzintiyan ekstraktı, Qaiantus Tyanşan ekstraktı (qalantamin), PenisOlenya, Panta, Ginkgo Biloba ekstraktı, Lincji ekstraktı, vitaminlər (vitamin C, E, D) və minerallar (2n, Se).

Farmakoloji qrupu: Afrika Şiri ənənəvi Çin təbabəti əsasında hazırlanmış potensiya aktivatorudur.

Farmakoloji təsiri: Xunzintiyan ekstraktının tərkibindəki qlutamin turşusu orqanizmdə metabolizmə uğrayaraq MSS-nin əsas tormozlayıcı mediatoru olan QAYT-a çevrilərək güclü sedativ effektin əldə olunmasını təmin edir. Stress, əsəbilik və nevrasteniya hallarını aradan qaldırır. Maral buynuzundan mövsümi məhsul kimi alınan Panta isə daha güclü sedativ effektin əldə olunmasını təmin edir. Qalantus Tyanşan ekstraktı (Qalantamin) orqanizmdə xolinesteraza fermentini blokada etməklə saya əzələlərdə xolinoreseptorların asetilxolinə həssaslığını artırır, penisin arteriya və venalarının genişlənməsini, mağaralı cismin qanla dolmasını və penisin sərtləşməsini təmin edir. Penis Olenyanın tərkibindəki kortikosteroid birləşmələr hesabına böyrəküstü vəzinin fəaliyyətini stimulyasiya etməklə androgenlərin sintezini aktivləşdirir və cinsi fəaliyyəti gücləndirmiş olur. Ginkgo Biloba ekstraktı isə güclü angioprotektiv təsiri hesabına penis arteriyalarının aterosklerozlaşmasının qarşısını alır və elastikiliyinin uzunmüddətli qorunub saxlanmasmı təmin edir. Lincji ekstraktı vitaminlər (C, E, D) və minerallarla Se) zəngin olmaqla güclü immunostimulyator və antioksidant təsir göstərir, orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, maddələr mübadiləsini normallaşdırır, orqanizmi zərərli radikalların təsirindən müdafiə edir, vaxtından əvvəl qocalmanın qarşısını alır. Spirtli içkilərin qəbulu preparatın effektivliyinə təsir etmir.

Göstərişləri:

- Cinsi zəiflik, impotensiya.

- Erkən eyakulyasiya (tez boşalma).

- Azospermiya, sonsuzluğun komleks müalicəsi zamanı.

- Prostatitin komleks müalicəsi zamanı.

Əlavə təsirləri: Nadir hallarda başgicəllənmə, halsızlıq, ürəkbulanma, allergik reaksiyalar.

Əks göstərişləri: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

İstifadə qaydası: Müalicəvi məqsədlə; bir kapsul, üç gündən bir, iki ay. Birdəfəlik istifadə məqsədi ilə; cinsi əlaqədən 15-30 dəqiqə əvvəl bir kapsul daxilə qəbul edilir.

Buraxılış forması: Afrika Şiri N10 kapsul.

Aptektən buraxılma qaydası:

Reseptsiz.

İstehsalçı: 

Xuanan Honq Konq



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!