Dərmanlar


Albentoks (tablet)

Koreya / Theragen Etex Co.Ltd. / / Albendazol


Beynəlxalq patentləşdirilməmiş adı: Albendazol

Tərkibi

Təsiredici maddə: Hər tabletin tərkibində 200/400 mq albendazol vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, laktoza hidrat, maqnezium-stearat, natrium lauril sulfat, natrium qlikolyat nişastası, titan-4 oksidi, polisorbat, povidon, polietilenqlikol, susuz silisium turşusu

Farmakoterapevtik qrupu

Antihelmint dərman vasitəsi.

Farmakoloji xüsusiyyətləri

Albendazol benzimidazol törəməli, geniş təsir spektrinə malik antihelmint preparatdır. Preparat helmintin mikrotubulyar sisteminin quruluşunu pozur, beta-tubulin zülalının sintezini seçici şəkildə tormozlayır; biokimyəvi proseslərin gedişini dəyişir - qlükozanın utilizasiyasına mane olur, girdə və yastı qurdların sekretor qranulalarının və əzələ hüceyrələrində yerləşən digər hərəki orqanellalarının aktivliyini dayandırır, məhvinə səbəb olur. Preparatın fərqli xüsusiyyəti, sestod və nematodların sürfə formalarına qarşı yüksək effektivliyə malik olmasıdır. Tam yetkin olmayan parazitlər və 4-cü mərhələdə olan sürfələr preparatın təsirinə qarşı həssasdır və exinokokk kistalarına təsir göstərir. Daxilə qəbul edildikdən sonra yaxşı absorbsiya olunur və metabolizmə uğrayaraq eyni zamanda antihelmint aktivliyə malik olan birincili metabolit - albendazol-sulfoksid əmələ gətirir. Preparatın biomənimsənilməsi eyni vaxtda yağlı qida qəbul etdikdə güclənir. Albendazol plazma zülalları ilə birləşir və orqanizmə paylanır (likvorda, öddə, qaraciyərdə, sidikdə, exinokokk kistasının daxilində və divarlarında aşkar edilir). Albendazol exinokokk kistasının qişasını keçmək xüsusiyyətinə malikdir və orada plazma konsentrasiyasının 1/6 hissəsi toplanır. Albendazolun yanmxaricolma dövrü 8-12 saatdır. Sidiklə metabolitlər şəklində xaric olur.

İstifadəsinə göstərişlər

Albendazol həm tez-tez rast gəlinən və həm də nadir hallarda təsadüf edilən aşağıdakı bağırsaq və toxuma parazitləri ilə yoluxma zamanı müalicədə effektiv hesab olunur: Enterobioz, askaridoz, ankilostomoz, trixosefalyoz, nekatoroz, strongiloidoz, tenioz himenolipidoz, klonorxoz, opistorxoz, lyamblioz, exinokokkoz, sisteserkoz.

Əks göstərişlər

Albendazola və digər benzimidazol törəmələrinə qarşı yüksək həssaslıq, gözün torlu qişasının xəstəlikləri, hamiləliyin planlaşdırmasından əvvəl, hamiləlik, laktasiya dövrü.

Xüsusi göstərişlər

-Hamiləliyin erkən vaxtlarında Albentox-un qəbulundan uzaq olmaq üçün reproduktivlik yaşında olan qadınlarda bu preparatla müalicəyə ya hamiləlik testinin mənfı cavabından sonra, ya da menstruasiyanınm 1 -ci həftəsində başlamaq lazımdır.

-Albendazol sümük iliyinin funksiyasını zəiflədə bildiyindən, 28 günlük sikl müddətində müalicənin başlanğıcında və eləcə də 2 həftədən bir qanın analizləri aparılmalıdır.

- Neyrosistiserkoz olan xəstələr bu preparatı qəbul edən zaman parazitlərin ölməsi ilə əlaqədar iltihabi prosesin inkişaf etməsi nəticəsində kəllədaxili təzyiqin artması və qıcolma halları müşahidə oluna bilər; bu zaman qıcolma əleyhinə preparatlar istifadə oluna bilər

İstifadə qaydası və dozası

Qida qəbulu ilə əlaqədar preparatın xüsusi qəbul qaydaları yoxdur. Tabletlər çeynənilərək və ya su ilə udularaq qəbul oluna bilər. Preparat yoluxmuş parazit növündən asılı olaraq aşağıdakı dozalarda və müalicə həkiminin laborator analizlərə və anamnezə əsaslanan xüsusi təyinatları nəzərə almmaqla aparılır.

Böyüklər və 2 yaşdan yuxarı uşaqlar:

Askaridoz (Ascaris Lumbricoides), Enterobioz (Enterobius vermicularis), Ankilostomoz (Ancylostoma doudenale), Trixosefalyoz (Trichuris trichiura), Nekatoroz (Necator americanus) 1 tablet 400 mq və ya 2 tablet 200 mq.

Stronqiloidoz (Strongyloides stercoralis), Tenioz ( Taenia spp.) Himenolepidoz (Hymonelepis nana), Klonorkoz (Chlonorchiasis sinensis), Opistorxoz (Opisthorchiasis) 1 tablet 400 mq və ya 2 tablet 200 mq 3 gün müddətində.

Lyamblioz (Giardiasis (G. lamblia, G.duodenalis, G.intestinalis)) 1 tablet 400 mq və ya 2 tablet 200 mq 3 gün müddətində.

Bu helmintozlar zamanı ehtiyac olduqda müalicə kursu 3 həftədən sonra təkrar edilir.

Exinokokkoz (Echinococcosis) və sisteserkoz (Cysticercosis) zamanı doza 400mq gündə iki dəfə qəbul olunur; Exinokokkozda müalicə 3 kursdur: hər dövr 28 gündür, sonra 14 gün fasilə verməklə 3 kurs aparılır. Sisteserkozun müalicə müddəti 8-30 gündür.

Preparatın pediatrik praktikada istifadəsinə həsr olunmuş bir sıra kliniki tədqiqatlarda onun uşaqlar və böyüklərdə eyni farmakokinetikaya malik olması sübut olunmasına baxmayaraq, onun pediatriyada tətbiqi zamanı uşaqların bədən çəkisi və fiziki durumu nəzərə alınmalıdır. Uşaqlarda gündəlik doza parazit növündən asılı hər kq çəkiyə 10-15 mq olmaqla bir dəfəlik yaxud iki dəfəyə qəbul edilir.

Əlavə təsirləri

Nadir hallarda mədə-bağısaq tərəfindən (qarın ağrısı, ürəkbulanma, qusma, ishal) baş ağrısı, başgicəllənmə, allergik reaksiyalar, Stivens-Conson sindromu, leykopeniya, qaraciyər fermentlərinin artması, hepatit, saçların tökülməsi (bərpa olunan).

Buraxılış forması

Albentoks 200 və 400 mq. Hər blisterdə 2 tablet olmaqla 3 blister (6 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

3il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı:

THERAGEN ETEX CO., LTD.,  Korea



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!