Dərmanlar


Pectolife (sirop)

İtaliya / Gricar Chemical S.r.l, / / Bitki tərkibli


TƏRKİBİ  (hər10ml-də)

Sink qlükonat 3mq

Qrindelia ekstraktı 125mq

Kəklikotu ekstraktı 83 mq

Drosera ekstraktı 42 mq

Hedera ekstraktı 21 mq

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Sink qlükonat (Zinc gluconate) - yuxarı tənəffüs yollarında qıcıqlanmanı aradan qaldırır, bronxlardakı durğunluğu azaldır.

Grindelia (Grindelia robusta) - bəlğəmgətirici və spazmolitik kimi astma və göyöskürək zamanı istifadə edilir.

Kəklikotu (Thymus vulgaris L) - quru öskürəyi sakitləşdirir, sakitləşdirici, bakterisid, bəlğəmgətirici, mikrobəleyhinə xüsusiyyətlərə malikdir.

Drosera (Drosera rotundifolia) - qızdırmasalıcı, spazməleyhinə təsir edir, bəlğəmgətirici kimi, yuxarı tənəffüs yollarının iltihabı, göyöskürək, bronxial astma zamanı istifadə olunur.

Hedera (Hedera helix L) - yarpaqlarında olan bioloji aktiv maddələr bəlğəmgətirici, spazmolitik, iltihabəleyhinə, mikrobəleyhinə, göbələkəleyhinə təsir göstərir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

-Kəskin və xroniki bronxit;

-Quru öskürək;

-Ağciyər vərəmi;

-Bronxial astma;

-Frontit, sinusit;

-Səs tellərinin iltihabı zamanı;

-Pnevmoniya;

-Göyöskürək;

-Traxeit;

-Yuxarı tənəffüs yollarının kataral iltihabı.

DOZALANMA REJİMİ VƏ QƏBUL QAYDASI

PECTOLIFE çox gözəl dada malikdir və istənilən maye ilə (su, meyvə şirələri) qarısdırıb aşağıdakı qaydada qəbul etmək olar:

0-1 yaş -2 ml gündə 2 dəfə

1-3 yaş -3ml gündə 2 dəfə

3-6 yaş -5 ml gündə 2 dəfə

6-12 yaş - 7,5 ml gündə 3 dəfə

12 yaşdan yuxarı -10 ml gündə 3 dəfə

ƏKS GÖSTƏRİŞLƏR

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Hamiləlik zamanı ehtiyatla təyin olunmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ

Nadir hallarda ürək bulanma, iştahsızlıq yarana bilər.

BURAXILIŞ FORMASI

Sirop 120 ml

İSTEHSALÇI

GricarChemical, Italiya.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!