Dərmanlar


Brocsevin (sirop)

İtaliya / Gricar Chemical S.r.l, / / Kompleks


Hər 10 ml siropun tərkibində;

bal 0,5 qr,thymus 0,25ml,drosera 0,25ml,miroksilon 0,25ml,altea 0,125ml.liquorice 0,20ml,ribes niqrum0,1ml,N -asetilsistein 0,25q,eukaliptus 0,07mq,limon 0,007mq

Farmakoloji qrupu: İmmunostimulyator , detoksikant, bəlğəmgətirici və öskürək əleyhinə vasitə.

Farmakoloji xüsusiyyətləri:

N-Asetilsistein amin turşu olub güclü mukolitik, detoksikant, bəlğəmgətirici təsirlərə malikdir. Mukopolisaxaridlərin bisulfid rabitələrini dağıtmaqla, özüllü bəlgəmlə müşahidə olunan infeksion xəstəliklər zamanı bəlğəmi sürətli durulaşdırma xüsusiyyətinə malikdir. Otitlər,rinit,sinusitlər zamanı da təyin olunur. Asetilsistein həyati vacib dərman preparatları siyahısına daxildir. İltihablaşmış ağ ciyərdə və bronxlarda yaranmış aralıq məhsullar və sərbəst radikalların sulfhidril qrupları ilə reaksiyaya girərək onları neytrallaşdırmaqla güclü pnevmoprotektiv və antioksidant nəticələr göstərir. Kəklikotu- (thymus) ekstraktının tərkibində 0,6%-ə qədər efir yağı vardır ki, onun da əsas hissəsini timol təşkil edir.Bundan başqa efir yağının tərkibində karvakrol, terpineol, bomeol kimi komponentlər var. Kəklikotunun tərkibindəki timol qurd əleyhinə.dezinfeksiyaedici və ağrıkəsici vasitə kimi istifadə edilir. Dəmləməsi, bəlğəmgətirici və sakitləşdirici tesirlərə malikdir..

Milçəkyeyən - (drosera) ekstraktı bir çox öskürək əleyhinə preparaatların tərkibinə daxildir. Əsasən də uşaqlarda reflektor öskürək və göyöskurək zamanı kliniki effektivliyinin yüksək olması sübut olunub.Eyni zamanda astma tutmalarını yüngülləşdirir,hətta vərəmin müalicəsındə də istifadə edilir.

Biyan kökü - (liquorice) ekstraktının tərkibi karbohidratlar, polisaxaridlər, orqonik turşular (yantar,limon,çaxır,alma turşuları), efir yağları, triterpenlər, saponinlər, steroidlər (P-sitosterin), kumarinlərlə zəngindir. Tərkibindəki saponinlərin hesabına selikli qişalara qıcıqlandırıcı təsir göstərərək selik ifrazını artırır. Buna görə də əksər bəlğəmgətirici, preparatların tərkibinə biyan kökü daxildir. Biyan - ağ ciyər və bronxların selikli qişasında limfositlərin fəaliyyətini aktivləşdirməklə, İg-A miqdarının artmasına səbəb olur. Bu da tənnəffüs sistemi orqanlarında immunitetin xarici və daxili faktorlara qarşı davamlığı artırır.

Qara qarağat - (ribes nigrum) meyvələri vitaminierlə (vitamin C (400 mq/%), B, P, A),limon və alma turşuları, karbohidratlar, flavanoidlər,menerallarla(32 mq/% Na,372mq/% K,36mq/%Ca,35 mq/% Mg,33mq/% P,1,3mq/%Fe)zəngindir.Qara qarağat tərlədici,sidikqovucu,immunostimulyator təsirlərə malikdir.Tərkibindəki efir yağları hesabına dezinfeksiyaedici təsirdə göstərir.

Evkalipt-(eucaliptus)yarpaqları sineollazəngindir. Evkaliptyarpaqları dezinfeksiyaedici təsirinə görə tənəffüs yollarının iltihabi-infeksion xəstəliklərində ıstifadə olunur.

Altey-(altea) qədim zamanlardan dərman bitkisi kimi tanınır. Altey kökünün tərkibi pektin, kerotin, lesitin, fitosterin, əvəzolunmaz aminturşulardan asparagin, betaindənlə zəngindir. Altey tərkibindəki aktiv maddələr hesabına toxuma reqenerasiyasını gücləndirir, iltihab eleyhinə və bəlğəmgətirici təsir göstərir.

Miroksilon (balsamo tolu) - tərkibi qətran, benzoy turşusu, terpenlər və vanillə zəngindir. Tənəffüs yollarrının selikli qişasında hipersekresiyanı artıraraq iltihabı prosesin sürətli sovrulmasını heyata keçirir və bakteriyaların selikli qişaya nüfuzunun qarşısını alır.

Limon-(lemmon) meyvələri orqonik turşular (alma, çaxır), şəkər(3,5%),fıtonsidlər, vitaminnlər- tiamin, riboflovin, Vitamin C, rutin, flavanoidlər, kumarin, eriditiolla zəngindir. Hipovitaminozlar, avitaminozlar, mədə bağırsaq xəstəlikləri, mineral balansının pozulması, böyrək daşı xəstəliyində, aterosklerozda, hipertoniya xəstəliyində istifadə edilir.

Arı balı-(honey) tərkibi 75-80% karbohidratlar(qlükoza, saxaroza, fruktoza), vitaminlər B1 B2B6,E,C,fol turşusu iləzəngindir. Avitaminozlar, hipovitaminozları aradan qaldırır, immun sistemini gücləndirir.orqanizmin xəstəliklərə qarşı davamlılığını artırır.

Göstərişləri:

- KəsKİn və xronİKİ bronxitlər. Obstruktiv bronxit, bronxial astma, bronxoeKtaziya, bronxiolit, mukovissidoz

- Pnevmoniya. Ağ ciyərlərin obstruKtiv xəstəliKİəri.

- Laringit, sinusitlər, rinit, otit.

- Bronx-ağ ciyərəməliyyatlarından sonraKi ağırlaşmaların müalicə və profilaKtiKası.

- Aldehid, parasetamol və fenollarla zəhərlənmələr zamanı

İstifadə qaydasi dozalanması: Brocsevin cədvəldə göstərilən dozalara müvafiq gündə 2-3 dəfə yeməkdən 20 dəqiqə sonra təyin edilir. Müalicə müddəti 1-4 həftədir.

Yaş dövrü

Bir dəfəlik doza

Maksimal sutkalıq doza

1 yaşa qədər uşaqlar

2,0 ml

6 ml

1-3 yaş

3,5 ml

11,5 ml

3-5 yaş

5,0 ml

15 ml

5-8 yaş

7,0 ml

21 ml

8-12 yaş

10,0 ml

30 ml L

12 yaşdan yuxarı uşaqlar

15,0 ml

45 ml

 

Əlavə təsirləri: Nadir hallarda dispeptik əlamətlər, başgicəllənmə və allergik reaksiyalar.

 Əks göstərişləri: Hiperhəssaslıq.

Doza həddinin aşılması: anoreksiya, iştahanın azalması, halsızlıq, ürəkbulanma, qusma. Buraxılış forması: Brocsevin karton qutuda xüsusi 150 millilik flakonlarda, içlik vərəqi və ölçü qaşığı ilə birgə istehsal edilir

Saxlanma qaydası:

Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 26 °C-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

İstifadə müddəti:

 Qutunun və flakonların üzərində göstərilir. Yararlıq müddəti bitdikdən sonra qəbulu məsləhət deyil.

Brocsevin məhsulun və əmtəə nişanının sahibi NovatorPharma, Böyük Britaniya şirkətidir.

İstehsalçı:

GRICAR CHEMICAL San Giuseppe, 18/20 via SRL-Brugherio (Ml)- İtaliya.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!