Dərmanlar


Azrosin (suspenziya hazirlamaq üçün toz )

Türkiyə / Zentiva Sağlık Ürünleri San. ve Tic. A.Ş. / / Azitromisin


Tərkibi

Təsiredici maddə: 5 ml hazır suspenziyanın tərkibində 200 mq azitromisin dihidrat vardır.

Köməkçi maddələr: ksantan qətranı, natrium-hidroortofosfat (susuz), banan ətri

Farmakoterapevtik qrupu

Makrolidlər qrupuna aid olan antibakterial dərman vasitəsi. Azalid.

Farmakoloji xüsusiyyətləri Farmakodinamikası

Azitromisin makrolid qrupuna aid olan yarımsintetik antibiotikdir. Azitromisin eritromisinin törəməsi olmasına baxmayaraq, ondan lakton həlqəsinə azot atomunun köməkliyi ilə metilen qrupunun birləşməsi ilə fərqlənir. Makrolidlərin digər nümayəndələrindən fərqli olduğuna görə azitromisin başqa qrupa - azalidlərə aiddir. Azitromisin həssas mikroorqanizmlərdə 50S ribosom səviyyəsində zülal sintezini tormozlayır. Farmakokinetikası

Geniş təsir spektrli antibiotik olduğuna görə, azitromisin peros qəbuldan 2-3 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Qida qəbulu preparatın mənimsənilməsini zəiflətdiyinə görə preparat acqarına qəbul olunur. Aparılan tədqiqatlar nəticəsində azitromisinin toxuma konsentrasiyasının plazma konsentrasiyasından daha yüksək olduğu (təxminən 50 dəfə) müəyyən olunmuşdur. Preparatın 500 mq dozada qəbulundan sonra ağciyərdə, badamcıqlarda, prostat vəzidə və başqa orqanlarda antibiotikin konsentrasiyası MİK-dan çox toplanır. Preparatın biomənimsənilməsi 37%-dir. Azitromisin əsasən dəyişilməmiş vəziyyətdə öd yolları ilə,

6 %-i isə sidiklə xaric olur. Yarımxaricolma dövrü 2-4 gündür. Bir sıra in vitro tədqiqatlarda azitromisin qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı yüksək effektivlik göstərir: Streptococcus pneumoniae, Streptococcus pyogenes (A qrupu) və başqa streptokokklar, Staphylococcus aureus, Corynebacterium diphtheriae, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Branhamella catarrhalis, Bacteroides fragilis, Esherichia coli, Bordetella pertussis, Bordetella parapertussis, Shigellanın müxtəlif növləri, Pasteurella, Vibrio, Peptococcus və Peptostreptococcus, Fuzobacterium necrosporum, Propionbacterium acnes, Yersinia, Clostridium perfrigens, Borrelia burgdorfei, Haemophilus ducreyi, Neisseria qonorrhoeae, Chlamydia trachomatis, Chlamydia pneumoniae.

Azitromisin Legionella pneumophila, Mycoplasma pneumoniae, Mycoplasma hominis, Mycobacterium avium, Campylobacter-in müxtəlif növləri, Ureaplasma urealyticum, Toxoplasma qondi, Treponema pallidum-a qarşı yüksək effektivliyə malikdir.

İstifadəsinə göstərişlər

Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklər:

  • Aşağı tənəffüs yollarının infeksiyaları
  • Yuxarı tənəffüs yollarının infeksiyaları
  • Dərinin və yumşaq toxumaların infeksiyaları
  • Ağırlaşmamiş genital xlamidiya infeksiyaları.

Əks göstərişlər

Makrolidlərə, yaxud Azrosinin hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləlik

Heyvanlarda aparılan tədqiqatlar nəticəsində azitromisinin plasentar baryeri keçdiyi, ancaq dölə heç bir tt olmadığı təyin olunmuşdur. Preparatın hamilələrə təsiri axıra kimi öyrənilməmişdir. Vacib təlabat olmadığ preparat hamilələrdə istifadə olunmur.

Laktasiya

Preparatın ana südünə keçməsi barəsində məlumat yoxdur. Vacib təlabat olmadığı zaman preparat lakt; dövründə istifadə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Antasidlər preparatın sorulmasını zəiflətdiyindən, preparat antasidlərdən 1 saat əvvəl yaxud 2 saat sonr olunur. Teofillinlə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Ancaq, başqa makrolidlərin teofillinlə qəbulı onun plazma konsentrasiyasının yüksəlməsi müşahidə olunur. Bunu nəzərə alaraq, göstərilən preparat qəbulu zamanı teofillinin plazma konsentrasiyasına nəzarət edilməsi tələb olunur.

İstifadə qaydası və dozası

Kütləsi 45 kq-dan yuxarı olan uşaqlarda Azrosinin tablet dərman formasını təyin etməktövsiyə olunur, kütləsi 20 kq-dan az olan uşaqlarda pediatrik suspenziya təyin olunur.

Preparat 3 günlük müalicə kursu ilə təyin olunur, hər kiloqram kütləyə - 10 mq, yaxud 5 günlük müalicə kursu: birinci gün - 10 mq/kq, 2-5-ci günlər- 5 mq/kq. Beləliklə, müalicə kursu zamanı 30 mq/kq azitromisin istifadə olunur.

Doza həddinin aşılması

Artıq dozalanma haqqında kifayət qədər məlumat yoxdur. Ümumiyyətlə, makrolidlərin artıq dozada qəbulu zamanı ürəkbulanma, güclü qusma, ishal müşahidə oluna bilər.

Göstərilən əlamətlər zamanı, mədənin yuyulması və simptomatik müalicə tələb olunur.

Əlavə təsirləri

Tədqiqatlar nəticəsində yüngül və orta ağırlıqda əlavə təsirlərin olması müəyyən olunmuşdur. Əsasən əlavə təsirlər mədə-bağırsaq traktı tərəfindən müşahidə olunur. Böyüklərdə əlavə təsirləri yalnız artıq doza qəbulu zamanı müşahidə olunur.

Böyüklərdə:

Mədə-bağırsaq traktı: ishal, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar.

Mərkəzi sinir sistemi: baş ağrıları, hiperkinezlər, oyanıqlıq, yuxusuzluq.

Ümumi: yorğunluq, hərarət.

Allergik reaksiyalar: səpgi.

Xüsusi həssaslıq: konyunktivit.

Ürək-damar sistemi: döş qəfəsi arxasında ağrılar Sidikqovucu sistem: kandidoz vaginiti, nefrit.

Uşaqlarda:

Artıq doza qəbulu zamanı müşahidə olunur.

Ürək-damar sistemi: döş qəfəsi arxasında ağrılar.

Mədə-bağırsaq traktı: dispepsiya, ishal, anoreksiya, köp, qastrit.

Mərkəzi sinir sistemi: baş ağrıları, hiperkinezlər, oyanıqlıq, yuxusuzluq.

Ümumi: zəiflik.

Allergik reaksiyalar: səpgi.

Xüsusi həssaslıq: konyunktivit.

Gözlənilməz reaksiyalar baş verdikdə həkimə müraciət edin.

Buraxılış forması

Azrosin, suspenziya hazırlamaq üçün toz 15 ml-lik flakonda. 1 flakon toz, dozalanma üçün 10 ml-lik şpris, ölçü üçün qapaq, qaşıq və içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Digər buraxılış forması Azrosin 500 mq, örtüklü tabletlər.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Zentiva Sağlık Ürünleri San. ve Tic. A. Ş.Türkiyə



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!