Dərmanlar


Tres Orix Forte (sirop)

Pakistan / Highnoon Laboratories Ltd. / Vitaminlər, minerallar və aminturşular / Kompleks


Tərkibi:

Karnitin xlorhidrat  150mq

Lizin xlorhidrat 150mq

Vitamin B1 10mq

Vitamin B6 10mq

Vitamin B12 100mkq

Tamamlayıcı: Natrium saxarin, Metil paraben natrium, propil paraben natrium, Propil hallat, Polisorbat 80, Qliserin, Qarağat tamı, Etil spirti, Maye sorbitol (70%), Natrium-hidroksid, ionlaşdırılmamış su.

Təyinatı, buraxılış forması və qablaşdırılması:

Tres-orix FORTE iştah artırıcı qida əlavəsidir. Daxilə qəbul üçün məhlul halında, 100 və 250 ml-lik şüşə flakonlarda buraxılır.

Tres-orix FORTE nə üçün istifadə olunur:

Tres-orix FORTE preparatının tərkibini təşkil edən komponentlər ilk dəfə qəbul olunduğu vaxtdan etibarən ideal təsir göstərərək, iştahasızlıq halları ilə nəticələnən bir çox klinik problemlərin, həmçinin bir sıra üzvi və psixoloji amillərin təsiri nəticəsində əmələ gəlmiş neqativ halların aradan qaldırılmasına kömək edir.

Tərkibə daxil olan siproheptadin müxtəlif mexanizmlərlə iştahın yüksəldilməsinə səbəb olur. Eyni zamanda neqativ təsirli orat duzların artıq miqdarda əmələ gəlməsinin qarşısını alır.

Tres-orix FORTE preparatının tərkibində iki aminturşu mövcuddur. Onlar təcrübədən keçirilərək əla nəticə vermiş və bu iştahartırıcı preparatın tərkibinə daxil edilmişlər. Karnitin xlorhidrat bədən kütləsinin artmasına kömək edir. Lizin xlorhidrat isə aminturşu törəməsi olaraq, orqanizm tərəfindən sintez olunmur və fundamental amin qruplarının metabolizmi üçün əla təchizatçı rolunu oynayır. Preparat orqanizmdə B qrupu vitaminlərini artırır, tonus və enerjini yüksəldir.

Tres-orix FORTE istifadəsi nə vaxt lazımdır:

Uşaqlarda və gənclərdə üzvi və emosional-psixoloji səbəblərdən yaranan iştahasızlıq Postinfeksion anoreksiya. Defısit anoreksiya. Böyümənin ləngiməsi. İnfantil uşaqlarda anoreksiya. Adəti qusmalar (üzvi mənşəli qusmalar istisna olmaqla). Anoreksik krizlərlə müşaiyət olunan emosional gərginlik. Böyüklərdə anoreksiya. Konstitusiyonal arıqlıq.

Tres-orix FORTE nə vaxt istifadə oluna bilməz:

Preparatın komponentlərinə qarşı allergik reaksiyalar müşahidə olunduqda istifadəsi əks göstərişdir. Sidik saxlamayan və buna meylli, həmçinin qlaukomalı şəxslərdə və yeni doğulmuşlarda istifadə oluna bilməz.

Digər preparatlarla qəbulu:

Tres-orix FORTE preparatının digər mərkəzi sinir sistemi depressorları ilə birlikdə qəbul olunması məsləhət deyil.

Tres-orix FORTE qəbulu zamanı nəyə diqqət yetirmək lazımdır:

Tres-orix FORTE oral məhlulun tərkibində tamamlayıcı kimi etanol vardır. Bu isə qaraciyər xəstəlikləri, alkoholizm, epilepsiyalı xəstələrdə, hamilə qadınlarda və usaqlarda risk faktoru ola bilər.

Dozası və qəbul qaydası:

Böyüklər:

1 ölçü qaşığı gündə 3 dəfə (10ml) yeməkdən əvvəl.

Uşaqlar:

Infantil uşaqlar: ½ ölçü qaşığı (2.5ml) gündə 2 dəfə yeməkdən əvvəl.

3-7 yaş: 1 ölçü qaşığı (5ml) gündə 2 dəfə yeməkdən əvvəl.

7-12 yaş: 1 ölçü qaşığı (5ml) gündə 3 dəfə yeməkdən əvvəl.

Məlum olduğu kimi bu qrupun preparatlarına reaksiya hər orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlifdir. Yuxululuq hallarının meydana çıxması preparatın dozasının hesablanması üçün yaxşı bir göstəricidir. Hətta arzuolunan bu əlamət əsəbi uşaqlarda zəif olur, çünki onların psixi vəziyyətləri dəyişmir. Müalicə başlanandan bir neçə gün sonra yuxululuğa meyllilik aradan qalxır. Müalicənin effektləri adətən preparatın qəbulundan 4-10 gün sonra müşahidə olunur. 1-2 ay fasilələrlə, 15-30 gün müalicə qəbul olunarkən heç bir əlavə təsir və humoral sabitliyin alterasiyası müsahidə olunmur.

Dozanın yüksək olması ilə bağlı ehtiyat tədbiriəri:

Terapevtik dozalarda intoksikasiya riski olmur. Kütləvi zəhərlənmə hallarında xəstələr ciddi nəzarət altında saxlanılmalı və simptomatik parametrlərə riayət olunmalıdır.

Hansı arzuolunmaz təsirləri üzə çıxa bilər:

Böyüklərdə yuxululuq meydana çıxa bilər. Bu səbəbdən sürücülərə və işində böyük diqqət tələb olunan digər şəxslərə təyini zamanı ehtiyatlı olmaq məsləhətdir. Əgər siz təlimatda olmayan hər hansı əlavə təsir müşahidə etsəniz mütləq həkimə və ya əczaçıya müraciət edin.

Saxlanma şəraiti:

Rütubətdən və işıqdan qorumaqla saxlamalı 25° C-dən yüksək olmayan temperaturda saxlamalı.

Yararlılıq müddəti:

Preparat qutusunun üzərində yazılmış son istifadə tarixi bitdikdə istifadə etməyin. UŞAQLAR ÜÇÜN ƏLÇATMAZ YERDƏ SAXLAMALI.

İstehsalçı:

HIGHNOON LABORATORIES LIMITED,Pakistan.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!