Dərmanlar


Ketotifen (tablet)

Belarusiya / Borisov Dərman Preparatları Müəssisəsi ASC / / Ketotifen


Beynəlxalq patentləşdirilməmiş adı:

Ketotifen

Tərkibi:

Tesiredici maddə: 1 mq ketotifen-fumarat

Köməkçi maddələr: kartof nişastası, kalsium- fosfat dihidrat, maqnezium-stearat və ya kalsium-stearat

Təsviri:

Ağ rəngli, qoxusuz və ya zəif qoxulu, silindrik səthli, iki tərəfli tabletler.

Farmakoterapevtik qrupu:

Allergiya əleyhinə dərman vasitəsi.

ATC kodu:

R06AX17.

İstifadəsinə göstərişlər:

Allergik xəstəliklərin profilaktikası, həmçinin atopik bronxial astma, allergik bronxit, ot qızdırması, allergik rinit, allergik dermatit, məxmərək, allergik konyunktivit.

Əks göstərişlər:

Ketotifenə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər:

Ketotifenin müalicəvi effekti 1 - 2 ay erzində tədricən inkişaf edir. Müalicə minimum 2 həftə ərzində davam etdirilməlidir. Ketotifeni bronxgenişləndirici preparatlarla birlikdə istifadə etdikdə onların dozası azaldılmalıdır.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

Ketotifen qəbul edən xəstələr yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən potensial təhlükəli işlərlə məşğul olmamalıdırlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Preparatdan hamiləlik dövründə, xüsusilə də I trimestrdə yalnız o zaman istifadə oluna bilər ki, anaya olan fayda dölə olan zərərdən yüksək olsun Ketotifen ana südünə keçdiyindən ondan istifadə edən zaman uşağı ana südü ilə qidalandırmaq olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Ketotifen sedative, yuxugətirici, antihistamin dərman vasitələrinin və etanolun effektini gücləndirir.

Ketotifeni peroral hipoqlikemik preparatlarla birlikdə istifadə etdikdə trombositlərin sayının azalması qeyd olunur.

İstifadə qaydası və dozası:

Daxilə qəbul edilir. Böyüklərə gündə 2 dəfə yemək vaxtı (səhər və axşam) 1 mq doza təyin edilir. Ehtiyac olduqda dozanı 4 mq-a qədər artırmaq olar.

Maksimal doza böyüklər üçün 4 mq/gün-dür.

Doza həddinin aşılması:

Simptomlar: yuxululuq, şüurun dolaşıqlığı və dezoriyentasiya, taxikardiya və arterial hipotoniya; uşaqlarda tez qıcıqlanma, qıcolmalar, geri dönən koma.

Müalicə   simptomatikdir. Əgər preparat təzəlikcə    qəbul edilibsə, mədəni yumaq lazımdır         . Aktivləşdirilmiş kömürün qəbul edilməsi faydalı ola bilər. Qıcolmalar zamanı qıcolma əleyhinə derman preparatları (benzodiazepın törəmələri) qəbul edilməlidir. Doza həddinın aşılması simptomları inkişaf etdikdə preparatın qəbulu dayandırılmalı və həkimə müraciət edilməlidir.

Əlavə təsirləri:

MSS:         yuxululuq, yüngül başgicəllənmə, müalicəyə başladıqdan bir neçə gün sonra keçib gedən psixiki reaksiyaların ləngiməsi.

MBT: iştahanın artması mümkündür; nadir hallarda - dispeptik pozğunluqlar, ağızda quruluq.

Qanyaradıcı orqanlar: trombositopeniya

Sidik-ifrazedici orqanlar: dizuriya, sistit.

Maddələr mübadiləsi:     bədən       kütləsinin artması.

Buraxılış forması:

10 tablet konturlu yuvacıqlı qablaşdırmada. Şüşə bankada 30 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti:

25°C-dən aşağı temperaturda,      quru və

uşaqların əli çatmayan yerdə        saxlamaq

lazımdır.

Yararlılıq müddəti:

3 il.

Yararlılıq müddəti bitdikdən sonra preparatdan istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti:

Resept əsasında buraxılır.

İstehsalçı:

ASC “Borisov dərman preparatları zavodu", Respublika Belarus, Minsk vilayəti, Borisov şəhəri, Çapayev küç. 64/27. tel/faks 32425.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!