Dərmanlar


Kalsium qlukonat (ampul)

Rusiya / Novosibximfarm ASC / / Kalsium-qlükonat


Tərkibi:

Kalsium qlukonat 100mg/ml

Təsir mexanizmi və istifadəsinə göstərişlər:

Kalsium sinir-əzələ sisteminin və skeletin vacib tərkib elementi olub, sinir impulslarının ötürülməsində, skelet və saya əzələlərin yığılmasında, ürək əzələsinin fəaliyyətində, sümük toxumasının formalaşmasında, qanın laxtalanmasında və damar divarının keçiriliyinin tənzimlənməsində, böyrəklərin fəaliyyətində və tənəffüsdə iştirak edir. Həmçinin, kalsium sinir impulslarının ötürülməsində iştirak edən mediatorların və hormonların xaric olmasını və toplanmasını, amin turşuların birləşdirilməsini, B12 vitaminin absorbsiyasını və qastrin sekresiyasını tənzimləyir. Kalsiumun əsas hissəsi (99%) hidroksiapatit şəklində skeletin tərkibində cəmlənmişdir. Eləcə də, orqanizmdə kalsiumun az miqdarı kalsium karbonat və amopf kalsium fosfat şəklində mövcuddur. Sümüklərin tərkibindəki kalsium ilə qan plazmasında olan kalsium arasında daimi, sıx mübadilə gedir. Orqanizmdə kalsium çatışmazlığı nəticəsində osteoporoz və hipokalsemik tetaniya inkişaf edir.

İstifadəsinə göstərişlər:

  • Hipokalsemik tetaniya (venadaxili);
  • Kalsiuma olan tələbatın artması ilə müşayiət olunan fizioloji vəziyyətlər (laktasiya, hamiləlik, menopauza, ahıl yaş dövrü);
  • Kardiopulmonar reanimasiya (venadaxili). 

Doza rejimləri:

Hipokalsemik tetaniya;

Böyüklərə və uşaqlara: 10-40 ml 10%-li kalsium qlükonat məhlul venadaxili yavaş sürətlə və infuziya şəklində təyin edilir.

Əlavə təsirləri:

  • Bradikardiya;
  • Aritmiya;
  • MBT-nin fəaliyyətinin pozulması;
  • Dərman vasitəsinin yeridildiyi sahədə yerli reaksiya; 

Əks-göstərişlər:

  • Hiperkalsemiya və hiperkalsuriya ilə bağlı xəstəliklər (bəzi bədxassəli xəstəliklər);
  • Sarkoidoz;
  • Tromboflebit;
  • Böyrək çatışmazlığı.

Xüsusi göstərişlər:

Venadaxili yeridilmə zamanı qanda kalsiumun səviyyəsinə nəzarət etmək lazımdır.

Buraxılış forması:

İnyeksiya üçün məhlul 5ml, ampullarda №10

İstehsalçı:

Novosibximfarm ASC, Rusiya Federasiyası



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!