Dərmanlar


Glyciron drops (damcı)

İtaliya / Gricar Chemical S.r.l, / / Qlisin və digər birləşmələr


Tərkibi:

50 ml-lik məhlulun hər 15 damcısında vardır:

Qlisin 100 mq

Melatonin 3 mq

Farmakoloji xüsusiyyətləri:

Qlisin (aminosirkə turşusu) - əvəzedilən aminturşudur (təbii metabolit), MSS-də metabolik prosesləri tənzimləyir. Qlisin sinir hüceyrələrini sərbəst radikallardan və toksiki təsirlərdən qoruyur. Psixoloji adaptasiya reaksiyalarını sürətləndirir, tez qıcıqlanma, aqressivliyi azaldır. Baş beyin travmalarından sonra, hipoksiya zamanı, funksional və üzvi nevroloji xəstəliklər zamanı qlisin neyronal funksiyaları sürətlə tənzimləyir, reabilitasiya dövrünü qısaldır. Melatonin orqanizmin təbii hormonu olub baş beyində əzgiləbənzər vəzidə sintez edilir. O sutkalıq bioritmi tənzimləyir, yuxuya getməni və yuxu fazalarını yaxşılaşdırır, yuxu müddətini uzadır.

Göstərişlər:

-Sinir sisteminin müxtəlif patoloji vəziyyətləri

-Nevroz və nevrozabənzər vəziyyətlər

- Psixoemosional gərginlik, stress, yuxu pozulması

-Emosional qeyri-stabillik, nevroloji qeyri-iradi hərəkətlər

Dozalanma rejimi və istifadə qaydası:

Böyüklər və 6 yaşdan yuxarı uşaqlarda - 15-20 damcıdan sutkada iki dəfə; 6-3 yaş uşaqlarda -10-15 damcıdan, 0-3 yaş uşaqlarda - 6-10 damcıdan sutkada iki dəfə qəbul edilir. Preparat cüzi miqdarda su ilə qanşıdırılaraq qəbul edilə bilər. Qəbul zamanı dozanın ağız boşluğundan sorulmasına riayət etmək vacibdir.

Buraxılış forması: Glyciron drops məhlul 50ml, dozatorla birgə.

İstehsalçı ölkə: GRİCAR Chemical s.r.İ. - İtaliya.

 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!