Dərmanlar


Kotrilaks (ampul)

Türkiyə / Mustafa Nevzat İlaç San. və Tic.А.Ş., / / Tiokolxikozid


Tərkibi

Təsiredici maddə: her ampulun içərisində 4 mq tiokolxikozid vardır.

Köməkçi maddələr:  natrium-xlorid, inyeksiya üçün su.

Farmakoterapevtik qrupu

Mərkəzi təsirli miorelaksant.

Farmakoloji xüsusiyyətləri

Kotrilaks preparatının təsiredici maddəsi tiokolxikozid kolxisin glikozidi olan kolxikozidinin tiometil törəməsidir.

Farmakodinamikası

Tiokolxikozid əzələlərə və xüsusilə də eninə zolaqlı əzələlərə zəiflədici təsir göstərir. Tədqiqatlar zamanı tiokolxikozidinin QAYT (qamma aminoyağ turşusu) və qlisinergik reseptorları ilə selektiv bənzərliyi müəyyən edilmişdir. Bu xüsusiyyət mərkezi sinir sistemi ile əlaqədar əzələ spazmını əhemiyyətli dərəcədə azaldır və ya tam aradan qaldırır. Tiokolxikozid kurareyəbənzər tesir göstermir və hərəki iflic törətmir.

Farmakokinetikası

Tiokolxikozid əzələdaxili yeridilmədən sonra yaxşı sorulur və plazmada maksimal konsentrasiyası təqribən 15-45 dəqiqə ərzində toplanır. Tiokolxikozidin yarımxaricolma dövrü 2,5-5 saatdır. Təsir müddəti 24 saata qədərdir və davamlı müalicə zamanı kumulyativ effektə malikdir. Müalicə kəsilsə belə təsirı bir müddət daha davam edir. Tiokolxikozidin 13%-i plazma zülaları ilə birləşir. 20% dəyişilməmiş və metabolitlər şəklində böyrəklərlə, 75-81%-i isə nəcislə xaric olunur.

İstifadəsinə göstərişlər

Kotrilaks ağrılı əzələ spazmlarının simptomatik müalicəsində istifadə olunur.

-Əyriboyunluq, lümbalgiya, dorsalgiya kimi onurğanın degenerativ xəstəlikləri.

- Spazm ile müşayiət olunan travmatik və ya nevroloji vəziyyətlər.

- Reabilitasiya dövründə

Əks göstərişlər

Tiokolxikozidə və ya kolxisinə qarşı yüksək həssaslıq, əzələ hipotoniyası, periferik iflic, hamiləlik və laktasiya dövrü.

Antikoaqulyant müalicəsi qəbul edən və qanaxması olan xəstələrdə əzələdaxıli yeridilmə əks göstərişdir.

Xüsusi göstərişlər

Tiokolxikozid ağır böyrək çatışmazlığı olan xəstələrə təyin edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə zamanı ehtiyatla təyin olunmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik (X kateqoriyası)

Hamile qadınlar üzərində adekvat və nəzarət olunan tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılan tədqiqatların nəticəsi heç də hər zaman insanlarda alınan nəticələrlə eyni olmur. Tiokolxikozidin hamiləlik dövründə istifadəsi əks göstərişdir.

Laktasiya

Tiokolxikozid ana südü ilə ifraz olunduğundan laktasiya dövründə istifadəsi əks göstərişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Tiokolxikozidin digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Lakin oxşar dərmanlarla birlikdə istifadə edildikdə xəstə həkim nəzarəti altında olmalıdır.

İstifadə qaydası və dozası

Həkim tərəfindən başqa bir cür təyin edilmədikdə, Kotrilaks gündə 2 dəfə 4 mq dozada əzələdaxili təyin olunmalıdır. Həmin dozada parenteral müalicəsi 3-5 gün ərzində davam etdirilməlidir. Müalicənin davam etdirilməsi zəruri olduqda peroral qəbula keçilməli və gündə 2 dəfə 2 tablet ilə müalicə 5-7 gün ərzində davam etdirilməlidir.

Fizioterapevtik seanslar zamanı müalicəvi təsir müddətinin 30-40 dəqiqə təşkil etdiyini nəzərə almaq lazımdır.

15 yaşa qədər uşaqlara preparat təyin olunmamalıdır.

Əlavə təsirləri

Mədə-bağırsaq traktı tərəfindən qastralgiya və diareya kimi pozğunluqlar müşahidə oluna bilər. Daha nadir hallarda qan təzyiqinin enməsi, keçici olaraq şüurun daralması və ya oyanıqlıq hallarına rast gəlinə bilər. Tiokolxikozidlə müalicə zamanı yüksək həssaslığı olan xəstələrdə dəri səpgiləri müşahidə oluna bilər.

Gözlənilməz effektler baş verdikdə həkimə müraciet edin.

Doza həddinin aşılması

Doza həddinin aşılması haqqında bu günə qədər hər hansı bir məlumat mövcud deyil. Həddən artıq dozada qəbul edildikdə simptomatik və dəstəkləyici müalicə təyin olunmalıdır.

Buraxılış forması

Kotrilaks 4 mq/2 ml ə/d inyeksiya üçün məhlul, ampullarda. 6 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25 C-dən yüksək olmayan temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

2il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Mustafa Nevzat İlaç Sanayii A. Ş, Türkiyə



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!