Dərmanlar


Novarest (tablet)

İtaliya / Gricar Chemical S.r.l, / / Kompleks


Tərkibi: 
Çarxıfələk çiçəyinin sulu-spirtli quru ekstraktı – 50 mq
Yemişan çiçəyinin sulu-spirtli quru ekstraktı -50 mq
Maqnezium laktat dihidrat - 150 mq
Piridoksin hidroxlorid - 1 mq

Farmakoterapevtik qrupu: 
Maqnezium və B6 vitamini ilə kombinasiya edilmiş bitki tərkibli sedativ preparat.

Farmakoloji xüsusiyyətləri: 
Çarxıfələk çiçəyi – (Passiflora) tərkibindəki alkaloidlər və viteksin flavanoidi hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərir, əsəbilik və gərginlik hallarını aradan qaldırır, yuxunu bərpa edir. Damarların saya əzələlərinə spazmolitik təsir göstərərək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Mərkəzi sinir sisteminə sedativ təsir göstərir.
Yemişan çiçəyi – (Grataequs) tərkibi flavanoidlər, xolin, asetilxolin, aşı maddələri, fitoserinlər və s. ilə zəngindir. Damarlara spazmolitik təsir göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə, beyin və koronar qan dövranını yaxşılaşdırır, beyində və ürəkdə metabolizmi gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə yumşaq sedativ effekt əldə edilir.
Maqnezium bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir. Hüceyrələrin həyati vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Fizioloji baxımdan maqnezium hüceyrədaxili kationdur. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir. Əzələlərdə ion balansını bərpa edərək, bir sıra reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaqların motorika pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.

Vitamin B6 (piridoksin) koferment kimi əksər mübadilə proseslərində, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsində iştirak edir. Maqneziumun bağırsaqlardan sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.

Göstərişləri: 
- Yüksək sinir oyanıqlığı.
- Stress, həyəcan və əsəbi gərginlik halları.
- Yuxu pozğunluğu, yuxusuzluq.
- Simpatik aktivlik fonunda sıx ürək ritmi.
- Xroniki fiziki və psixi yorğunluq, asteniya.
- Ağrı və əzələ spazmı, qastrointestinal spazm.
- Hamilə qadınlarda hipertonus.

Əks göstərişləri: 
- Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
- 6 yaşa qədər uşaqlar.

Əlavə təsirləri: 
Preparat orqanizm tərəfindən yaxşı mənimsənilir. Nadir hallarda halsızlıq və dispeptik əlamətlər müşahidə oluna bilər.

Qəbul qaydası və dozalanması: 
- Novarest preparatı daxilə kifayət qədər maye ilə qəbul olunur.
- Preparat 6 yaşdan yuxarı uşaqlara və böyüklərə təyin edilir.
- Yüksək sinir oyanıqlığı, əsəb gərginliyi, həyəcan və s. hallarda 1 tabletdən gündə 2-3 dəfə təyin edilir.
- Maksimal sutkalıq doza 3 tabletdir.
- Yuxu pozğunluğu və yuxusuzluq zamanı yatmazdan yarım saat əvvəl 2 tablet qəbul olunması məsləhət görülür.

Doza həddinin aşılması: 
Simtomları: Başgicəllənmə, qarın nahiyyəsində spastik ağrılar, ürəkbulanma, qusma.
Müalicə: Mədənin yuyulması və təxirəsalınmaz simtomatik terapiya.

Xüsusi göstərişləri: Novarest preparatının müalicə müddəti qeyri-məhtuddur. Preparatın qəbulunun dayandırılması apstinensiya sindromu ilə müşahidə olunmur. Preparatın qəbulu zamanı spirtli içkilərdən istifadə etməmək tövsiyyə olunur.

Hamiləlik və laktasiya dövründə qəbulu: Hamiləlik (II və III trimestrdə) və laktasiya dövründə Novarest preparatının qəbulu mümkündür.

Digər preparatlarla qarşılıqlı əlaqəsı: Novarest ürək qlikozidlərinin, trankvilizatorların, MSS-nə tormozlayıcı təsir göstərən preparatların, eyni zamanda alkoqolun təsirini gücləndirir.

Buraxılış forması: Novarest №30 tablet. 15 tabletdən ibarət 2 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.

Saxlanma qaydası: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 24ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

İstifadə müddəti: Qutunun və blisterlərin üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra qəbul olunmur.

Aptekdən buraxılış qaydası: Reseptsiz.

İstehsalçı: GRİCAR CHEMİCAL, İtaliya 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!