Dərmanlar


Cerebrovin (tablet)

Latviya / Primea SIA / / Kompleks


Tərkibi:

QAYT (γ-aminoyağ turşusu) – 275 mq
Ginkgo Biloba – 120 mq
Vitamin B2 - 2.4 mq
Vitamin B3 - 27 mq
Vitamin B6 - 1.5 mq
Vitamin B12 - 1.5 mkq
Fol turşusu – 150 mkq

Farmakoterapevtik qrupu: 
Nootrop, epilepsiya əleyhinə, antiaritmik, angioprotektor.

Farmakoloji xüsusiyyətləri: 
QAYT (γ-aminoyağ turşusu) –biogen maddə olub, insan orqanizmində mərkəzi sinir sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın sinaptik boşluqlarda toplanması QAYTA və QAYTC reseptorlarının aktivləşməsinə, bu isə neyronal impulsların ingibə olunmasına səbəb olur. QAYT reseptorlarının liqandları müxtəlif psixi pozğunluqlarla müşahidə olunan mərkəzi sinir sistemi xəstəliklərinin, Parkinson, Alsheymer, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiyanın müalicəsində istifadə olunan potensial preparatlardır. QAYT-ın aktivliyinin artması həmçinin, beyində energetik prosesləri yaxşılaşdırır, qlükozanın utilizasiyasını sürətləndirir, toxuma tənəffüsünü aktivləşdirir, qan təchizatını normallaşdırır. QAYTB reseptorlarının aktivləşməsi efferent sinir lifləri ilə ürəyə ötürülən hərəki impulsların kardiomiositlərə göstərdiyi oyandırıcı təsirin qarşısını alır. İşemiya zamanı yaranan simpatik ürək ritmi reflekslərini blokada edir. Taxikardiya və qulaqcıq ekstrasistoliyalarını aradan qaldırır.
Ginkgo Biloba beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək, (əsasən beyin hüceyrələrində) hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla, enerji təminatını optimallaşdırır. Beləliklə beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək, damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq, qanın reoloji xüsusyyətlərini normallaşdırır.
Vitamin B2 (riboflavin) katexolaminləri inaktivləşdirən monoaminoksidazaların aktiv mərkəzinə daxil olmaqla simpatik mediatorların fəaliyyətini zəiflədir. Sinir-əzələ reflekslərini normallaşdırır. Həmçinin, eritrositlərin oksidləşdirirci fermentlərdən mühafizə edən qlutation reduktaza fermentinin aktiv mərkəzinə daxil olmala toxumalara oksigenin daşınmasında iştirak edir.
Vitamin B3 (nikotin turşusu-vitamin PP) orqanizmdə nikotinamidə çevrilir və kodehidroksilaza I və II kofermenti ilə birləşir, hidrogen daşınmasında, yağların, zülalların, amin turşuların, purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə və digər biosintez proseslərində iştirak edir. Vitamin PP spesifik pellaqrik maddələrin defisitini aradan qaldırır. Qanda lipoproteidlərin konsentrasiyasını aşağı salır. Xolisterini, ASLP-i, TQ-i, xolisterin/fosfolipid indeksini azaldır. Antiaterogen effektli YSLP-in miqdarını isə artırır.
Vitamin B6 (piridoksin) əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmuniteti gücləndirir. Amin-transferaza fermentinin kofermentidir. Qlutamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir.
Vitamin B12 (sianokobalamin) hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir. Vitamin B12-nin çatışmazlığı qanyaranmanın pozulmasına səbəb olur. Vitamin B12 maddələr mübadiləsində iştirak edərək toxuma regenerasiyasını sürətləndirir.
Fol turşusu (Vitamin B9) qanın və immun sistemin formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu çatışmazlığı meqaloblast anemiyanın yaranmasına səbəb olur.

Göstərişləri: 
- Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, kəllə-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma, qorxu.
- Parkinson və Alsheimer xəstəliyi, demensiya, yuxu pozğunluğu (yuxusuzluq, narkolepsiya), epilepsiya.
- Baş beyinin travmaları zamanı yaranan astenik, psixogen, nevrotik hallar.
- Diqqət və yaddaşın artırılması məqsədi ilə.
- Qulaq küyləri.
- Ürəyin işemik xəstəlikləri. Aritmiya. Ateroskleroz.
- Yaşlanma ilə əlaqədar görmə pozğunluğu. Diabetik retinopatiya.
- Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Aşağı ətrafların arterio və venapatiyaları. Reyno sindromu.

Qəbul qaydası və dozalanması: Orta səviyyəli patalogiyalar zamanı 1 tablet, gündə 1-2 dəfə. Ağır patalogiyalar zamanı isə 1 tablet, gündə 2-3 dəfə yemək vaxtı və ya yeməkdən sonra. Müalicə müddəti 1-2 aydır.

Əlavə təsirləri: Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar.

Əks göstərişləri: Hiperhəssaslıq 12 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

Buraxılış forması: Cerebrovin №30 tablet. Hər qutuda 15 tabletdən ibarət 2 plister olmaqla qablaşdırılır.

Saxlanma qaydası: Quru və uşaqların əli çatmayan yerdə 24ºC-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

İstehsalçı: Primea SİA, Latviya 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!