Laborator analizlər


Qan sidik cövhəri (BUN)

Biokimyavi 702

Digər adlar: Sidik cövhəri

Analiz götürülmə səbəbləri:

Böyrək funksiyalarını qiymətləndirmək, böyrək xəstəliyi və ya zədələnməsi ilə bağlı hemodializ və digər müalicələrin fəaliyyətini  yoxlamaq üçün istifadə edilir.

Bu analiz nə zaman götürülməlidir?

Kəskin  və xroniki böyrək  xəstəlikləri, böyrək disfunksiyasının yaranmasına səbəb olan maddələr mübadiləsi pozulması və ya müəyyən dərman maddələrinin qəbulu zamanı istənilə bilər.

Lazımlı nümunə:

 Damardan alınan qan nümunəsi.

Kreatin analizi  aşağıdakı hallarda tələb oluna bilər :

-          Pasientdə qeyri-spesifik şikayətlər varsa.

-          Təkrarlanan analiz panelinin bir hissəsi olaraq.

-          Müəyyən dərman müalicələrinə başlamazdan əvvəl böyrəklərin funksiyasını yoxlamaq  üçün.

-          Ağır xəstə  təcili yardıma gətirildikdə və ya xəstəxanaya qəbul edildiyində.

-          Xəstəxanada müalicə əsnasında.

-          Böyrək funksiyası ilə bağlı problemlərindən şübhə yarandıqda.

Böyrək funksiyasının  pozulmasının bəzi  əlamətləri:

-          Yorğunluq , əsəb pozulması , iştahsızlıq və adaptasiya çətinliyi

-          Xüsusilə göz ətrafında , üzdə , biləklərdə , qarında,  ayaqda  şişkinlik

-          Sidiyin köpüklü , qanlı və ya qəhvəyi rəngdə olması

-          Sidik miqdarında azalma

-          Sidikdə  yanma  və ya  anormal axıntı, gecə sidiyə çıxma intensivliyinin artması

-          Qabırğaların  altında , böyrək yerləşdiyi nahiyyədə,kürəyin ortasında  ağrı yaranması

-          Yüksək qan təzyiqi

Analiz üçün hazırlıq lazımdırmı?

Xeyr. Analiz üçün hər-hansı bir hazırlığa ehtiyac yoxdur.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!