Laborator analizlər


Spermoqramma

Ümumi 1011

Spermoqamma Kişilərin nəsilartırma qabilliyyəti haqqında informativ xüsusiyyət daşıyır. Müayinənin nəticəsi ancaq eakulyatda spermatzoidlərin tamamən olmaması (azoospermiya) zamanı 100% dəqiqlik göstərir, digər hallarda 20% yalnışlığa yol verilə bilər.

 

Spermoqrammada aşağıdakı parametrlər nəzərdən keçirilir: eakulyatın miqdarı, spermaların sayı, hərəkətlilik, PH, özlülük, hemalaun boyalı mikroskopik differensiasiya, iltihab və ya bakteriyaların mövcudluğunda əlavə olaraq baktereoloji müayinə.

 Nümunə:

Toxum mayesi.

Analiz üçün hazırlıq lazımdırmı?
Material steril qabda götürülməli və laboratoriyaya 1 saatdan gec olmayaraq bədən temperaturu qorunmaqla çatdırılmalı və ya laboratoriyada toplanmalıdır. Müayinədən 4-5 gün öncə abstensiya vaxtı gözlənilməlidir.

Norma: 
Eakulyatın miqdarı:
 2,5-5 ml
Spermaların ümumi sayı: 25-120 mln/ml
pH: 7,2-7,6
Rəngi: Bozumtul-ağ
Qoxusu: yeni şabalıd ətirli
Özlülük: Normal
Hərəkətlilik: Aktiv (60-90%), Zəif (10-15%), Hərəkətsiz (2-5%)
Aqqlütinasiya: (+)

 

Differensiasiya: Spermaların, deformasiya formalarının (baş, boyun və quyruq), spermiogenez hüceyrələrin %-lə ifadə olunmuş sayına, aqqlütinasiya qabiliyyətinə (+, ++, +++, ++++) bakteriyaların mövcudluğuna görə aparılır. 
 
Qeyd: Əlavə müayinə olaraq euakulyatda fruktuzonın təyini məsləhət görülür. Həmçinin FSH, LH və testesteronun serumda yoxlanması əhəmiyyətli ola bilər.


Nomenklatura

 

Aspermiya  Eakulyat yoxdur 

Nevrogen və ya mexaniki səbəblər ( retroperitoneal limfoadenoektomiya, şəkərli diabet, onurğa beyin arterial trombozu, dərman mənşəli.

Azoospermiya Müayinə materialında Spermatazoid yoxdur, spermatogenez hüceyrələri yoxdur.

Daşınma perturbasiyası:anadangəlmə (aplaziya, digeneziya, pH azalması, fruktoza azalmazı, iltihabi (epididimit) və yatrogen (vazektomiya). Xaya həcmi və FSH normada.

Produktiv perturbasiya: Xaya parenximası zədələnməsi, FSH adətən həmişə yüksəlmiş, adətən xaya həcmi kiçilmiş.

Astenozoospermiya

50%-dən az spermatozoidlər sürətli, proqressiv, düzxətli yertutan və 50%-dən az spermatozoidlər inert, duzxətli və ya qeyri-düz xətli yertutan.
Və ya
 25%-dən az spermatazoidlər sürətli, düzxətli, proqressiv yertutan.

Hemospermiya

Eakulyatda eritrositlər var. Qırmızımtıl rəng.

Hiperspermiya Eakulyatın miqdarı 6 ml-dən çoxdur.
Kritozoospermiya 1ml-də 1mln-dan az spermotozoid.
Nekrozoospermiya Hərəkətsiz (ölü) spermatazoidlərin miqdarının çoxluğu
OAT sindromu Oliqoastenoteratospermiya

Yetərincə inkişaf etməmiş normal spermatozoidli Oliqozoospermiya

Oliqozoospermiya Spermatazoidlərin ümumi sayı 20 mln/ml-dən az
Polispermiya Spermatazoidlərin ümumi sayı 250 mln/ml-dən az
Parvispermiya Eakulyatın miqdarı 2ml-dən az

Prostat vəzi xəstəlikləri, varikoz genişlənmə, emosionla stress, masturbasiya problemləri

Piospermiya

Bakteriyalarla çirklənmiş eakulyat

Kəskin prostatik vesikulit, pH >8
Teratozoospermiya

Patoloji formaların sayı çoxdur, normal spermatazoidlər 30%-dən azdır.

Aqqlütinasiya

(+) zəif –tək-tək spermatazoidlər yapışıb
(++) orta- 50%-dək spermatazoidlər yapışıb, ancaq baş hissələrində
(+++) güclü- spermatazoidlər həm baş, həm də quyruq hissələrində yapışırlar
(++++) kütləvi- bütün spermatazoidlər yapışıb

  

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!