Laborator analizlər


Diastaza

Biokimyavi 2010

Polisaxaridlərin (Nişasta və Qlikogen) mono və disaxaridlərə (Maltoza, qlükoza) parçalanmasını katalizə edən hidrolitik fermentdir. Mədəaltı vəz və tüpürcək vəzləri tərəfindən sekresiya olunur. Normada qanda və sidikdə aşkarlanır. Alfa-amilazanın 2 izoenzimi mövcuddur: Pankreatik (P-tip) və tüpürcək vəziləri tərəfindən sintez olunan (S-tip). Qanda ümumi amilazanın 40%-i P, 60%-i S tip olduğu halda, sidikdə tapılan amialzanın 65%-i P tip olur. Həmçinin yumurtalıqlar, fallop boruları, qaraciyər, nazik və yoğun bağırsaqlar da çox az miqdarda alfa amilaza sintez edirlər. Alfa Amilizananın təyini pankreatik xəstəliklərdə spesifik hesab olunur.

 

Analizin nətəcəsi nəyi göstərir?

 Miqdarı artır:

Kəskin pankreatit, Xronik pankreatitin kəskinləşməsi, Pankreas kistası, Exinokkok sisatsı, Pankreatik abses, Tüpürcək vəzi xəstəlikləri ( parotit, SVİNKA), diabetic ketoasidoz, yanıqlar, zəhərlənmə (Alkoqol, nikotin, Heroin, teofillin, parasetamol və s), Dərmanlarla əlaqədar ( Diuretik, estrogen, Sulfapiridin) 

Miqdarı azalır: 

Pankreas çatışmazlığı, pankreatektomiya, Kəskin və xroniki hepatit, kəskin pankreatit (pankreonekroz), hamiləlik toksikozu.

 

Nümunə:

 Serum,sidik. 

Necə istifadə olunur?

 Alfa Amilizananın təyini pankreatik xəstəliklərdə spesifik hesab olunur. Kəskin pankreatitlərdə fermentin qanda və sidikdə aktivliyi 10-30 dəfə yüksəlir. Prosesin 4-6cı saatlarında Hiperamilazemiya müşahidə olunur, 12-24 saata maksimuma çatır, sonra sürətlə enir və 2-6 cı günə normada olur. Qanda Alfa Amilazanın yüksəlmə dərəcəsi pankreatitin ağırlıq dərəcəsi ilə düzmütənasib olmaya bilər.


 Sidikdə amilaza (Diastaza) sutkalıq sidikdə təyin olunur. Bu residivləşən kəskin pankreatitlərdə xüsusi əhəmiyyət kəsb edir.

 

Qeyd:  Qanda və sidikdə amilazanın yüksək konstentrasiyda tapılması əhəmiyyətli göstərici olsada, kəskin pankreo spesifik sayıla bilməz. Həmçinin bu yüksəlişin qısa müddətli ola biləcəyini nəzərə alaraq, daha dolğun məlumat əldə etməkdən ötrü qanda və sidikdə amilazanın miqdarını qanda və sidikdə kreatininin miqdarı ilə əlaqələndormək önəmlidir. (Amilaza qanda x Amilaza sidikdə / Kreatinin qanda x Kreatinin sidikdə = Amilza-Kreatinin indeksi ). Normada A-K indeksi 3-ə qədərdir. Yüksəlməsi P-amilazanın hesabına olarsa pankreatitinin, həm P, həm S amilazanın hesabına olarsa kəskin pankreatitin göstəricisidir.

 

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!