Laborator analizlər


C-Rektiv zülalı (CRP)

Ümumi 2639

Analiz nə üçün edilir:

İltihabın olub olmadığını təyin etmək və müalicəni izləmək üçün istifadə olunur.

Qeyd: ürək xəstəliyi riskinizi təyin etmək üçün daha həssas olan hs-CRP analizi istifadə olunur.

Analiz nə zaman edilir:

Həkiminiz  iltihablı xəstəlikdən (məlum olunmuş artrit və autoimmun pozğunluğu tiplərində və ya bağırsaq iltihabi xəstəliyi) şübhələnirsə və ya infeksion olub olmadığını kontrol etmək üçün ( xüsusi ilə cərrahiyyədən sonra) bu analiz edilir.

Analiz üçün lazım olan nümunə:

Bir qol damarınızdan alınan qan nümunəsi

Necə istifadə olunur:

Aşağıdakı problemləri olan xəstələrdə CRP (C-Reaktiv protein) analizinin edilməsi faydalıdır:

-          Bağırsaq iltihabi xəstəliyi

-          Bəzi artrit formaları

-          Autoimmun xəstəliklər

-          Pelvisin iltihablı xəstəliyi (PID)

Klinik sağlam insanlarda araşdırma analizi olaraq aşağıdakı problemlərdə CRP analizi istifadə edilə bilər.

-          Koronar arteriya xəstəliyi (KAX)

-          Ürək-damar xəstəliyi

Analiz nə zaman istənilir:

Revmatoid artrid və lupus kimi problemləri təyin etmək və müalicənin effektliliyini müəyyənləşdirmək üçün bu analizdən tez-tez istifadə olunur.

Yaranın sağalmasını, cərrahi kəsikləri, orqan bağışlayanlar və ya yanıqları olan xəstələri izləyib infeksiyalara erkən diaqnoz qoymaq məqsədi ilə bu analizdən istifadə olunur.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!