Laborator analizlər


Qanın ümumi analizi

Ümumi 1333

Digər adı:

Hemoqram

Ümumi sağlamlıq vəziyyətini müəyyən etmək,anemiya(qan azlığı) kimi dəyişiklik  olan xəstəlikləri müəyyən etmək və izləmək üçün bu analiz edilir.

Nə zaman analiz verəcəksiniz?

Sistematik müayinənin bir hissəsi olaraq verilir.

Nümunə:

Bir qol veansından ,əl barmağından və topuqdan (yenidoğulmuşlarda) alınan qan.

Analiz üçün hazırlıq lazımdırmı?

Xeyr.

Necə istifadə olunur?

Tam qan sayı anemiya,infeksiya və s xəstəliklərin diaqnozu üçün edilir.Tərkibinə aşağıdakılar aiddir:

-leykosit(WBC) sayı

-leykosit formulu leykosit tiplərini təyin edir: neytrofil,limfosit,monisit,eozinofillər,bazofillər.

-eritrosit sayı(RBC)

-hemoqlobin

-hemotakrit

-trombosit sayı

- ortalama eritrosit həcmi(MCV)

-ortalama eritrosit hemoqlobini(MCH)

-ortalama eritrosit hemoqlobin konsentrasiyası(MCHC)

-eritrosit dağılma genişliyi(RDW)

Nə zaman istənilir?

-tükənmə

-halsızlıq

-infeksiya

-iltihab

-göyərmələr

-qanama

- leykoz

-xərçəng əleyhinə mülicə alanlar

Bilməyim vacib olan başqa nə isə varmı?

Analizdən əvvəl yağlı qidalar qəbul etməmək məsləhətdir.Uşaqlar və yenidoğulmuşlarda bu göstəricilər fərqli ola bilər.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!