Laborator analizlər


Eritrositlərin çökmə sürəti (EÇS)

Ümumi 4837

İltihabı təyin etmək,aktiv olub olmadığını bilmək üçün analiz edilir.

Həkiminiz iltihabi proseslərə səbəb olan vəziyyətlərdə,temporal arterit,polimiolgiya,revmatizmanın diaqnozu və müşahidəsi üçün bu analizi istəyə bilər.

Nümunə:

Qol venasından alınan qan.

Necə istifadə olunur?

ESR infeksiya , xərçəng , autoimmun xəstəliklər,kəskin və xroniki infeksiyaların diaqnozu üçün asan ,ucuz,spesifik olmayan bir analizdir.ESR spesifik deyildir, çünki onun artması vücuddakı infeksiyanın harada oldugunu və səbəbini göstərmir.Buna görə digər analizlərlə birlikdə istənilir.

Nə zaman istənilir?

Polimiolgik revmatik xəstəliklər,temporal arteriti göstərən əlamətlər varsa baş ağrısı, boyun və ya onurğa ağrısı, qalça ağrısı, qansızlıq ,açıqlanmayan çəki itirilməsi, əzələ sərtliyi varsa analiz istənilir.

Analizin nəticəsi nəyi göstərir?

ESR nəticələrinə görə diaqnoz qoyulmur,nəticələr normal olsa da xəstəlik ola bilər.

Orta dərəcəli ESR yüksəkliyi iltihab,anemiya,infeksiya,hamiləlik və yaşlı adamlarda ola bilər.

Çox yüksək ESR , qlobulunin artamasının aşkar bir səbəbi vardır.Qlobulindəki bu artma ciddi infeksiya səbəbindən ola bilər.

ESR və C-reaktiv zülal  hər 2isi iltihab göstəriciləridir.

Qadınlarda ESR səviyyəsi yüksək ola bilər.Mensturasiya,hamiləlik müvəqqəti yüksəlmələrə səbəb ola bilər.

Uşaqlarda revatoid artrit,Kavasaki xəstəliyinin aşkarlanması və müalicəsi üçün EÇS istifadə olunur.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!