Laborator analizlər


Direkt aşağı sıxlıqlı lipoprotein xolesterol (Direkt LDL- xolesterol)

Biokimyavi 687

Digər adları:

Direkt LDL-K; Direkt LDL; DLDL; LDL D

Nə üçün analiz verəcəksiniz?

Ürək xəstəliyi riski, xolestrol azaldıcı həyat tərzini dəyişmə ,müalicəni izləmək və toxluq halında aşağı sıxlıqlı lipoprotein xolestrolunu  (LDL-C) təyin etmək üçün.

Analizi nə zaman verəcəksiniz?

Triqliseridlər yüksəlmişsə fasilələrlə LDL dəyərlərini aşağı salmaq üçün çalışmanızın nəticələrini bilmək üçün edilir.

Nümunə:

Qol damarınızdan alınan qan

Analiz üçün hazırlıq lazımdırmı?

Həkiminiz ac qalmanızı istəyə bilər.

Necə istifadə olunur?

Ürək xəstəliyi riskini və xolestrol aşağı salan müalicəni izləmək üçün aşağı sıxlıqlı lipoprotein xolestrolu (LDL-C) analizindən istifadə olunur. Standart lipid profili total xolestrol,yüksək sıxlıqlı  lioprotein xolestrolu(HLD-C) və triqliserid müayinələrindən ibarətdir.

Analiz nə zaman istənilir ?

Triqliserid analizi yüksək olduqda LDL xolestrolunu hesablanması doğru nəticə verməyəcəyi üçün direkt LDL-C istənilir.

Analiz nətəcəsi nəyi göstərir?

Direkt LDL-C  dəyərləri ürək xəstəliyi riskinizin artmasını göstərir.Azalan nəticələr həyat tərzi dəyişiklərinizin və ya dərman müalicəsinin effekt verdiyini ,ürək xəstəlikləri riskinizin azaldığını göstərir.

Aşağı LDL ümumilikdə xəstəliyə səbəb olmadığı üçün əhəmiyyətli sayılmır.Bəzən hipertiroidli,infeksion,iltihabı olan xəstələrdə ola bilər.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!