Laborator analizlər


Bilirubin

Biokimyavi 670

Digər adları:

Total bilirubin; Neonatal bilirubin; Sərbəst bilirubin, Birləşmiş bilirubin 

Nə üçün analiz verəcəksiniz?

Qaraciyər xəstəliklərini təyin etmək və izləmək üçün.

Nə zaman bu analizi elətdirəcəksiz?

-xəstədə qaraciyər  pozulması

-qaraciyər xəstəliyi

-öd yolu tutulması

-hemolitik anemiya

-qaraciyərlə əlaqəli metabolik pozulmalar.

Analiz üçün lazım olan nümunə:

Yetkin insanlarda bir qol damarından qan alınır.Yenidoğulmuşlarda topuqdan qan nümunəsi alınır.

Analiz üçün hazirlıq lazımdırmı?

Xeyr.

Analiz nə zaman istənilir:

-Sarılıq əlamətləri göründüyündə

-Həddən artıq alkoqollu içkilər istifadə etdikdə

-Dərman intoksikasiyasindan şübhələnilirsə

-Hepatit viruslarına məruz qalınıbsa

Görülə bilən əlamətlər:

-tünd sarı rəngli sidik;

-bulantı;

-qusma;

-qarın ağrısı;

-şişkinlik;

-tez-tez xronik qaraciyər xəstəliyində görülən tükənmə və yorğunluq halı.

Sarılığı olan yenidoğulmuşlarda bilirubin təyini starndart tibbi araşdırma yöntəmidir.

Ananlizin nəticəsi nəyi göstərir:

Yenidoğulmuşlar:

Həddən artıq miqdarda bilirubin uşaqlarda beyin hüceyrələrini zədələyir(kernikterus),zəka geriliyi,öyrənmə və inkişaf qüsurları,eşitmə zəifliyi,göz hərəkətlərində problemlərə səbəb ola bilər.Yenidoğulmuşlarda bilirubinin cox yüksəlməməsi önəmlidir.Bilirubin miqdarı kritik səviyyədə olduqda onun azaltmaq üçün müalicəyə başlanılır.Həddən artıq bilirubin ana ilə uşağın qan uyğunsuzluğuna bağlı olaraq qırmızı qan hüceyrələrinin sürətlə parçalanmasına səbəb olur.

Yetkinlər və uşaqlar:

Qaraciyər xəstəliklərinin diaqnozu və taqibi üçün istifadə olunur.Yüksək miqdarda total və sərbəst bilirubin səbəbi hemolitik anemiya,oraqvari hüceyrə anemiyası,pernisioz anemiyalar,transfuziya reaksiyasi ola bilər.Birləşmiş bilirubin yüksəlməsi qaraciyər və öd yollarında tıxanıqlıq,hepatit,qaraciyər travması,sirroz,dərman reaksiyası,uzunmüddətli spirtli içki qəbulu zamanı ola bilər.

Bilirubin metabolizmi pozulamasina səsbəb olan xəstəliklər(Gilbert ,Rotor,Dubin-Johnson,Crigler –Najjar sindromları)zamanı bilirubin dəyərləri yüksəlir.

Kişilərdə qadınlara nisbətən bilirubin yüsək olur.Ağır idmanla məşğul  olanlarda da bilirubin dəyərləri yüsək olur.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!