Laborator analizlər


Amilaza

Biokimyavi 1381

Analiz nə üçün edilir:

Pankreatit və digər pankreas xəstəliklərinin diaqnozunu qoymaq və izləmək üçün edilir.

Analiz nə zaman edilir:

-          Şiddətli qarın ağrısı

-          Qızdırma

-          Ürək bulanma

-          Şüur itkisi

-          Və s. kimi pankreas xəstəliyinin əlamətləri

Analiz üçün lazım olan nümunə:

Qoldan alınan venoz qan nümunəsi. Lazım gəldikdə 24 saatlıq sidik nümunəsi.

Analiz üçün hazırlıq:

Analizdən əvvəl hazırlıq lazım deyil.

Analiz necə istifadə olunur:

Kəskin və xroniki pankreatit və ya pankreasa təsir edən başqa xəstəliklərin diaqnoz və izlənməsinə kömək olmaq məqsədi ilə tez-tez lipaza analizi ilə birlikdə amilaza analizi qanda istənilə bilər. Nadir hallarda sidik amilaza analizi istənilə bilər. Tipik olaraq səviyyəsi qandaki amilaza konsantrasiyalarını əks etdirir. Böyrək funksiyalarında azalma, amilazanın qandan təmizlənməsini (klirens) yavaşlada bildiyindən böyrək funksiyalarını dəyərləndirmək üçün sidik amilaza analizi ilə birlikdə bəzən sidik kreatinin klirensi də istənilə bilər. Bəzən pankreatit diaqnozunu dəqiqləşdirmək üçün periton mayesində amilaza yoxlanıla bilər.

Ayrıca, pankreası tutan bəzi xərçənglərin müalicəsindən və öd daşlarının çıxardılmasından sonra xəstələrin izlənməsi üçün də bəzən amilaza analizləri istənilir.

Analiz nə zaman istənilir:

Qan amilaza analizi xəstədə şiddətli qarın ağrısı, qızdırma, iştahasızlıq və ya ürəkbulanma kimi pankreas pozğunluğu əlamətləri əmələ gəldikdə istənilir. Qanda amilaza analizi ardından və ya bu analiz ilə birlikdə sidikdə amilaza analizi istənilə bilər. Həkiminiz müalicənin effektini dəyərləndirmək və ya amilaza səviyyələrinin zamanla artması və ya azalmasını təyin etmək üçün bu analizlərdən birini və ya hər ikisini birdən istəyə bilər.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!