Laborator analizlər


HİV anticismi (QİÇS)

Bakterioloji 741

 

Analiz nə üçün edilir:

İnsanın immun çatmazlığının virusununa (HİV) yoluxub yoluxmadığını təyin etmək üçün.

Analiz nə zaman edilir:

Virusa yoluxduğunuzu düşündüyünüz andan etibarən 1-3 ay sonra; anticismlər təxminən 2 həftəyə təyin edilir.

Analiz olan lazım olan nümunə:

Qolunuzdakı bir damardan (venadan) qan nümunəsi götürülür. Sidik və ya ağız suyundan da nümunə götürülərək analiz edilə bilər.

Analiz üçün hazırlıq:

Analiz üçün hazırlıq lazım deyil.

Necə istifadə olunur:

HİV anticism analizi bir insanın HİV ilə infeksiyalaşmasının olub olmadığını təyin etmək məqsədi ilə , HİV infeksiyasının erkən müalicəsi və immun sisteminin izlənməsi uçün istifadə olunur. Ayrıca, HİV-ə yoluxduğunuzu bilməklə özünüzü və başqalarını riskə salacaq davranışlardan kənar olmasına kömək edə bilər.

HİV virusu anticismləri, tez-tez ELİSA adı verilən bir araşdırma analizi ilə təyin edilə bilər. ELİSA analizi pozitivdirsə təkrarlanır. ELİSA metodu olduqca həssas bir metoddur, ancaq səhv pozitiv cavab əldə etdikdə bunu təsdiqləmək üçün Western Blot analizi edilməlidir. Bu analizlər həkimin müayinə otağında və ya poliklinikada qan, sidik və ya ağız suyu nümunələrindən edilə bilər. Olduqca sürətli analizdir və təxminən 20 dəqiqəyə cavab çıxır. Ancaq diaqnozu qoymazdan əvvəl dəqiq analiz lazımdır.

Analiz nə zaman istənilir:

13 yaş və daha 13 yaşdan artıq adamlarda HİV analizi edilə bilər.

-          Cinsi aktivliyiniz varsa (son 12 ayda üç və daha çox partnyorunuz olubsa)

-          1985-ci ildən əvvəl qan transfuziyası etdinizsə, ya da cinsi partnyorunuza bir qan transfuziyası edildisə və daha sonra HİV pozitivlə nəticələndisə

-          Cinsi partnyorunuzun riskli davranışlarından əmin deyilsəniz

-          Küçədə satılan infeksiyalı dərmanlar istifadə etdinizsə, əsasən infeksiyalı iynələr və s. Başqaları ilə paylaşdınızsa

-          Cinsi yolla keçən xəstəliyiniz varsa

-          İşinizlə əlaqədar olaraq bir başa qanla təmasa məruz qaldınızsa

-          Hamiləsinizsə ( Bu gün HİV daşıyıcısı olan hamilə bir qadından dölə virus keçirmə riskini azaldan müalicələr mümkündür. )

-          Hamilə qalmadan əvvəl HİV virusu daşıyıcısı olub olmadığınızdan əmin olmaq istəyənlər.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!