Laborator analizlər


Alanin Aminotransferaza (ALT, Serum glutamic pyruvic transaminase; SGPT)

Biokimyavi 1571

Analiz nə üçün edilir:

Qaraciyər zədələnməsini araşdırmaq üçün.

Analiz nə zaman edilir:

Həkiminiz sizdə qaraciyər pozğunluğuna aid əlamətlər olduğunu düşündüyündə bu analiz edilir.

Analiz üçün lazım olan nümunə:

Qolunuzdaki bir damardan ( venadan ) qan nümunəsi alınır.

Analiz üçün hazırlıq:

Analiz üçün əvvəlcədən hazırlıq lazım deyil.

Necə istifadə olunur:

Qaraciyər zədələnməsini təyin etmək üçün tipik olaraq alanin aminotransferaza (ALT) qan analizindən istifadə edilir. Tez-tez aspartat aminotransferaz (AST) ilə və ya qaraciyər panelinin bir şöbəsi olaraq və ya qaraciyər xəstəliyini araşdırmaq və diaqnozunun qoyulması üçün istifadə olunur. ALT, AST-yə görə daha spesifik olmaqla birlikdə AST VƏ ALT vacib analizlərdir. Bəzən AST ilə ALT qarşılaşdırılır və AST/ALT nisbəti hesablanır. Qaraciyər zədələnmələrinin səbəbləri arasında seçim etmək üçün bu nisbətdən istifadə olunur.

Hansı tip qaraciyər xəstəliyinin mövcud olduğunu təyin etmək üçün ALT dəyərləri tez-tez alkalen fosfataza (ALP), sərbəst protein və bilirubin kimi digər analizlərin nəticələriylə qarşılaşdırılır.

Qaraciyər xəstəliyi olanların müalicəsini izləmək, müalicənin nəticə verib vermədiyini anlamaq üçün tez-tez ALT analizi edilir. Bu məqsədlə analiz tək və ya digər analizlərlə birlikdə istənilə bilər.

Analiz nə zaman istənilir:

Qaraciyər pozğunluğu simptomları olan insanları təyin etmək üçün adətən ALT analizi (və bir neçə başqa analizlər də) istənilir. Bu simptomların bir qismi:

-          Gücsüz, tükənma

-          İştahasızlıq

-          Ürəkbulanma

-          Qusma

-          Qarında şişkinlik

-          Qarında ağrı

-          Sarılıq

-          Tünd rəngli sidik

-          Açıq rəngli nəcis

-          Qaşınma

Qaraciyər xəstəliyi riski artmiş insanlarda tək və ya digər analizlərlə birlikdə ALT də istənilə bilər. Bəzi  nümunələr:

-          Hepatit viruslarına məruz qalma problemi olanlar

-          Spirtli içki alüdəçiləri

-          Ailələrində qaraciyər xəstəsi olanlar

-          Qaraciyərə zərərli ola bilən dərmanların qəbulu

-          Artıq çəkili insanlar

-          Diabet xəstəliyi olanlar

Tükənmə və ya enerji itkisi kimi yüngül dərəcədə simptomları olan insanların xroniki qaraciyər xəstəsi olmadığından əmin olmaq üçün ALT analizi edilir. Qaraciyər xəstəliyi olan insanların müalicəsini izləmək üçün müəyyən fasilələrlə ALT analizi istənilə bilər.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!