Laborator analizlər


Kardiolipin anticismləri (IgG, IgM ve IgA), (aCL antikoru)

İmmun 3840

Uyğun olmayan qan pıxtalaşmasının araşdırılmasına, təkrarlanan abortların səbəbini təyin etmək və ya antifosfolipid sindromun qiymətləndirilməsi üçün edilir.

Analiz nə zaman olunur?

-          Xüsusilə hamiləliyin ikinci və üçüncü üç aylarında təkrarlanan abortlarınız oldusa

-          Səbəbi açıqlanmayan bir və ya birdən çox venoz və ya arterial tromboz keçirdinizsə

Analiz üçün nümunə:

Qolunuzdakı bir damardan (venadan) alınan qan nümunəsindən istifadə olunur.

Analiz üçün hazırlıq:

Analiz üçün hazırlıq lazım deyil.

Nə zaman istifadə olunur:

-          Tromboz

-          Təkrarlanan abortlar

-          Trombositopeniya

Nə zaman istənilir:

-          Xəstədə tromboza şüphə yaradan əlamətlər olduqda: Ayaqlarda ağrı və şişkinlik, nəfəs darlığı və ya baş ağrıları.

-          Bir qadında təkrarlanan abortlar olduqda

-          Uzanmış PTT analizini izləmək üçün lupus antikoaqulan analizi ilə birlikdə və tək istənilə bilər

-          Bir IgG, IgM və/ və ya IgA kardiolipin anticismi təyin olunduqda anticismin daimi və ya müvəqqəti olub olmadığını təyin etmək üçün analiz daha sonra təkrarlana bilər

Analizin cavabı nəyi göstərir:

Neqativ analiz cavabı həmin anda kardiolipin anticismlərini (IgG, IgM və/ və ya IgA) mövcud olmadığını göstərir. Kardiolipin anticismləri ən tez rast gələn antifosfolipid anticismləri olduğundan bir infeksiya və ya dərman qəbulu, yaş ilə bağlı dəyişə bilər. Bu hallarda xəstənin şikayətləri və digər klinik araşdırmalar aparılmalıdır.

Bilməyim vacib olan başqa nə isə varmı?

Sifilis üçün pozitiv olan VDRL/RPR analizinin səbəbini bilmək üçün kardiolipin analizi istənilə bilər.Sifilisi analiz etmək üçün istifadə olunan reaktivlərin tərkibində fosfolipid olduğu üçün kardiolipin anticismlərinə sahib olan xəstələrdə yalancı pozitiv nəticəyə səbəb ola bilər.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!