Laborator analizlər


Hepatit B

İmmun 605

Digər adları:

anti-HBs; HBsAg; HBeAg; anti-HBc; anti-HBc,IgM; anti-HBe; HBV DNA

Nə üçün analiz verəcəksiniz?

Hepatit B infeksiyasını izləmək və diaqnoz qoymaq,hepatit B-yə qarşı vurulan peyvəndin immuntet yaradıb yaratmadığını təyin etmək üçün.

Nə zaman analiz elətdirəcəksiniz?

Hepatit B infeksiyasının əlamətləti varsa,hepatit B virusu ilə təmasda olmusunuzsa,xronik qaraciyər xəstəliyiniz varsa,hepatit B peyvəndi olmusunuzsa.

Analiz üçün lazım olan nümunə:

Qolunuzdakı damardan qan.

Nə zaman istənilir?

Hepatit b anticisimlərinin varlığını təyin etmək üçün  bir neçə analiz var.Antigenlərdən qorunmaq üçün bədən anticisim yaradır.Virus antigenlərini təyin etmək üçün  daha  bir neçə analiz vardır.

Hepatit B səthi anticismi(anti- HBs) –pozitiv nəticədir-peyvənd olunduqdan sonra və xəstələrdə sağalma dövründə immuntet yarandığını göstərir, ən yayılmış analizdir.Varlığı daha əvvəldən HBVyə məruz qalındığını ifadə edir,lakin virus olmadığından bu insan xəstəlik yayıcı deyil.Anticisim orqanizmi  gələcəkdəki HBV infeksiyalarına qarşı qoruyur.Peyvənd  ehtiyacını bimək üçün istifadə edilir.

Hepatit B səthi antigeni(HbsAg)  neqavit cavabdır,kəskin hepatiti Bnin erkən işarəsidir,əlamətlərdən tez müşahidə olunur.Bəzi insanlarda HBs Ag pozitiv qalır.

Hepatit B e –antigen(HBeAg)  pozitiv göstəricidir,virusu digər insanlara keçirə biləcəyini göstərir.sadəcə viruslar var olduğunda  qanda tapılır.Bu keçiriciliyin yüksək olmasını göstərir.

Anti-HBe -kəskin infeksiya keçirənlərdə olur.

Anti-hepatit B core antigeni (anti-HBc)- pozitiv göstəricidir,HB s ilə rast gəlir.Kəskin xəstəlik keçirənlərdə ,xronik HBV daşıyıcılarında olur və həyatı boyu qalır.

HBV DNA- pozitiv göstəricidir,HbeAg-dən daha önəmli analizdir.Ümumiyyətlə seroloji analizlərlə birlikdə istifadə olunur.Anti virus müalicəni izləməkçün istifadə olunur.

Bilməyiniz vacib olan başqa nəsə varmı?

Yuxarıda edilən analizlər HBV üçün spesifik olmaqla birlikdəAST,ALT və qamma –qlutamil transferaza kimi digər analizlərlə xəstəliyin gedişini izləşmək məqsədiyləi stifadə olunur bəzi hallarda qaraciyər biopsiyasi edilir.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!