Laborator analizlər


AKTH (Adenokortikotrop hormonu)

Biokimyavi 1128

AKTH (adenokortikotropin hormonu) hormonu gecə-gündüz ritmləri ilə əks-əlaqə mexanizmi əsasında  böyrəküstü vəzinin qabıq maddəsindən kortizol sintez olunmasını tənzim edən hormondur.  Bu hipofizin uyğun miqdarda AKTH sintez edib-etmədiyini müəyyən etmək üçün ilkin olaraq tələb olunan analizdir.

AKTH – in miqdarının qanda aşağı səviyyədə olması ikincili böyrəküstü vəzi çatışmazlığını, qanda normadan çox olması isə birincili böyrəküstü vəzi çatışmazlığını (Adisson xəstəliyi) göstərir. AKTH-in analizi əksər vaxtlarda AKTH xəbərdarlıq testi ilə birlikdə aparılır.

Analiz aşağıdakı hallarda tələb olunur:

-İtsenko – Kuşinq xəstəliyi

- Addison xəstəliyi

-hipofiz xəstəliyi

- böyrək üstü vəzi şişlərinin diaqnozunda istifadə olunan analizdir.

Analiz üçün nümunə:

 Analiz əsasən səhər saat 8:00-də, venadan qan alınmaqla aparılır .

Analiz üçün xüsusi hazırlıq lazımdırmı?

Həkimizin analizdən əvvəl axşam ac qalmanızı istəyə bilər.

AKTH xəbərdarlıq testi: Bu analiz sintetik AKTH inyeksiyasından sonra qanda kortizolun səviyyəsinin ölçülməsinə əsaslanır. Əgər böyrəküstü vəzi öz funksiyasını normal yerinə yetirirsə o zaman AKTH xəbərdarlığa cavab olaraq qanda kortizolun miqdarı artacaq, hər hansı patologiya olduğu halda isə AKTH-a  minimum səviyyədə cavab verəcək. Analizin nəticəsi normal olmadığı halda sonradan birincili və ikincili böyrək çatışmazlığını ayırmaq üçün 1-3 uzanmış AKTH xəbərdarlıq analizi aparıla bilər.

e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!