İnfobloq


Uşaq serebral iflici haqqında

Ailə psixoloqu 16.03.16 393


Uşaq serebral iflici, adətən erkən uşaq yaşlarında başlayan və hərəki pozğunluqlarla-iflic, əzələ zəifliyi, hərəkət koordinasiyasının pozulması və qeyri iradi hərəkətlərlə təzahür olan, baş beynin zədələnməsinin dərəcəsindən asılı olaraq çox yüngül hallardan tutmuş əlilliyə kimi gətirib çıxaran bir xəstəlikdir. 

Bəzən uşaq serebral iflic epileptik tutmalar, psixi inkişafın ləngiməsi qavrama və öyrənmə çətinlikləri ilə müşayiət ola bilər. Uşaq serebral iflici zamanı görmə, eşitmə, nitq, zəka da pozulmuş ola bilər. Uşaq serebral iflic olan uşaqlar çox vaxt ağıldan kəm təsəvvürü yaratsalar da bu həmişə belə olmur.

Uşaq serebral iflicin yaranma səbəbləri:

Uşaq serebral iflic adətən uşağın ana bətnində, doğuş zamanı və ya bilavasitə doğuşdan sonra baş beynin travması və ya zədələnməsi nəticəsində yaranır. Baş beyinin zədələnməsi hamiləlik dövründə infeksiyalar, preeklampsiya, uşaq ana arasında rezus konflikt, vaxtından qabaq doğuş və uşağın asfiksiyası nəticəsində ola bilər. Doğuşdan sonra isə uşağın keçirtdiyi travma və infeksiyalar uşaq serebral iflicinə gətirib çıxara bilər.

Müalicə: Uşaq serebral iflicin müalicəsi erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir. Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayaga qaldırmalıdırlar.

Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji defektin azalmasına yönəlir. Məqsəd müalicəvi idman, fizioterapiya, masaj vasitəsi ilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.

Psixo-pedaqoq Mikayılova Əminə



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!