İnfobloq


Xəstəliyin siqnalı olan 8 əlamət

Xəstəlik və müalicə 09.03.16 183


İnsan orqanizmi mükəmməl şəkildə yaradılıb və funksionallıq göstərir. Əgər hər hansı çatışmazlıq və ya problemlər varsa bu özünü müxtəlif siqnallarla büruzə verir. Diqqətinizə orqanizmin xəstə olduğunu siqnal verən əlamətləri çatdırırıq.

Dərinin quruluğu
Dərinizdə quruluq yaranıbsa orqanizminizə E vitamini çatmır. Qida rasionunuza fındıq, yağlı balıq və bitki yağları daxil edin.

Saçın və dırnaqların qırılması
Bu əlamət B qrup vitaminlərin və kalsiumun çatışmalığınından xəbər verir. Buğda başağı, kəpək, pivə mayası, Quru paxla, bütün növ dənli bitkilərin tərkibində mövcuddur.

Dişlərin qanaması
Orqanizmdə C vitamininin çatışmalığınından xəbər verir. Soğanın, sarımsağın, meyvə və tərəvəzlərin tərkibində zəngindir. Yuxusuzluq orqanizmdə maqnium və kalsium defisitindən xəbər verir. Belə vəziyyətlərdə ərik qurusu, qara gavalı və çuğundur faydalıdır.

Duzlu yeməklərə meyl etmə
Orqanizmdə infeksiyanın mövcudluğu və ya sidik ifrazat sistemində olan iltihabdan xəbər verir.

Şirniyyata meyl etmə
Əsəbi gərginlikdən və qlükoza çatışmazlığından xəbər verir. Belə hallarda təmiz bal və qara şokolad faydalıdır.

Qidanın kiflənmiş olduğu hissi
Bu vəziyyət adətən depressiv hallar olduqda rast gəlinir.

Günəbaxan tumlarını nəfsi çəkmək (davamlı olaraq)
Orqanizmdə antioksidant çatışmazlığından xəbər verir.

Turş qidalara meyl etmək
Qaraciyərin və öd kisəsinin stimullaşdırılmasına  ehtiyac var. Limon və quşüzümü dəmləməsindən istifadə edə bilərsiniz.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!