İnfobloq


Süd vəzisi xərçənginin əlamətləri

Xanımlara özəl 14.03.16 355


Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə millimetr diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri çox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr çox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:

Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən tez-tez rastlaşan simptom ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya gəldi isə, ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir. Içi maye ilə dolu olan kistalar xərçəng deyil və təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir ki, bu şişlər tez-tez müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır.

Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının olub-olmadığını yoxlamaq üçün süd vəzilərinin sıxılması doğru deyil. Süd vəzisi ucu axıntısı başqa xəstəliklərdə, məsələn hormonal xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda ilk zamanlarda və süd kanallarının xəstəliklərində də rastlaşır.

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çixan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi - süd vəzisi xərçəngi baxımından çox vacib simptom sayilir.

Dəridəki simptomlar: Bəzən süd vəzisi xərçəngi dəridə bəzi simptomlar verir. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman həm kütlə daha tez əllə hiss edilər, həm də dəri simptomları ortaya çıxar. Süd vəzisinin üzərində uzun müddət yox olmayan qizarma, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün vacib simptomlardandır.

Süd vəzisi xərçəngində ideal olanı yuxarıdakı simptomlar ortaya çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin başlanmasıdır.

Süd vəzısı müalicəsinin diaqnostikası

Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.

Xərçəngin diaqnostikası üçün istifadə edilən metodlardan ən vacib olanı öz-özünü müayinə metodlarıdır. Yəni qadınların özlərini müayinə etməsi və ya xəstəlik riskinə qarşı tez-tez həkim müayinəsinə gəlməsidir. Radioloji metodlarla biopsiyalara əlavə olaraq insanların özlərini müayinə etmələri və periodik olaraq həkim müayinəsindən keçmələri də sayıla bilər. Bu metodlardan, sadəcə biri - biopsiya vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya aparılması qərarını verməyə kömək edir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!