İnfobloq


Orqanizmdə "qurdun" əlamətləri

Xəstəlik və müalicə 06.01.17 1438


Orqanizmimizdə parazitin "qurdun" olduğunu necə bilək?

  • Qarında ağrı,
  • Iştahasızlıq
  • İshal
  • Bağırsaqda artmış qaz toplanması
  • Anus nahiyəsində qaşınma
  • Yuxuda narahatlıq
  • Diş qıcırdatma
  • Yuxuda ağız suyunun axması
  • Burunda qaşıntı
  • Bədəndə qaşıntı

Bu əlamətlərdən biri və ya bir neçəsi olduğu zaman lazımi testlər olunmalıdır.

Necə qoruna bilərik?

Uşaqlarımıza əl yuma vərdişini öyrətməliyik. Ayaqyoluna getdikdən sonra, yeməkdən əvvəl, küçədə oynadıqdan sonra mütləq əllər yuyulmalıdır. Uşaqların və onların qulluğu ilə məşğul olan hər kəsin dırnaqları kəsilmiş olmalıdır. İçdiyimiz suyun təmizliyinə əmin olmalıyıq.

Çiy halda qəbul edəcəyimiz meyvə və tərəvəzi yaxşı-yaxşı yumalıyıq. Əti yaxşı bişirdikdən sonra qəbul etməliyik. Evdən kənarda təmizliyindən əmin olmadığımız suyu və necə yuyulduğunu bilmədiyimiz bişməmiş meyvə-tərəvəzi qəbul etməməliyik.

Uşaqların yataq örtükləri və oyuncaqları yüksək temperaturlu suda yuyulmalıdır. Qılqurdu kimi parazitlər günəş işığına dözümsüz olduqları üçün uşaq otaqları yaxşı günəşləndirilməlidirlər.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!