İnfobloq


Qaraciyər piylənməsi nədir?

Xəstəlik və müalicə 15.02.16 419


Qaraciyər piylənməsi qaraciyərin özünü qorumaq üçün yaratdığı piy vəzləridir.Piylənmə ilə birlikdə iltihab olarsa, bu vəziyyət əvvəl qaraciyər hüceyrə pozğunluğuna (nekroz), sonra fibroza və oradan da qaraciyərin sirrozuna gətirib çıxarır. Qaraciyər piylənməsi olan insanlar; əgər artıq dərəcədə kökdürsə, mütləq arıqlamalı, yağlı qidalardan uzaq qalmalıdır, bol meyvə tərəvəz qəbul etməli və davamlı şəkildə məşq etməlidir. Ən əhəmiyyətlisi də mütləq bu sahədə mütəxəssis olan bir həkimə müraciət etməlidir.

Qaraciyər yağlanması; Qaraciyər hüceyrələrində normadan çox, hətta bəzən ifrat dərəcədə yağ toplanması səbəbi ilə meydana gələn tibbi bir haldır. Cəmiyyətdə hər 4-5 nəfərdən birində qaraciyər piylənməsi görülür. Bu hala qadın və kişidə eyni sayda rast gəlinir. Normal sağlam bir insanda qaraciyər hüceyrələrində az miqdarda yağ görülə bilər və bu hər hansı bir xəstəliyə səbəb olmur. Ancaq qaraciyərdə piylənmə çox miqdarda olduqda, bir sıra struktur və funksional dəyişikliklərə yol açır.

Qaraciyərdə hədsiz yağ yığılıb qalması nəticəsində 2 vəziyyət meydana gəlir:
Qaraciyərdə piylənmənin bir nəticəsi olaraq qaraciyərdə iltihab meydana gəlir və tibb dilində buna Steatoheapatit adı verilir.

Qaraciyərdə yalnız yağlanma olması və hər hansı bir iltihabın olmaması Steatohepatit inkişaf etdiyində bu zamanla qaraciyər hüceyrələrinin məhv olmasına (nekroz) yol açır və fibroz deyilən, eyni zamanda qaraciyər sirrozunun başlanğıcı sayılan vəziyyətə səbəb olur. Nekroz inkişaf etdikcə xəstəlik qaraciyərin sirrozu olmasına doğru irəliləyir. Bu mövzuda aparılan araşdırmalarda steatohepatiti olan xəstələrin də qaraciyərdə fibroz, -15-də isə qaraciyər sirrozu inkişaf edəcəyi müəyyən edilmişdir.

Həmçinin steatohepatit-ə bağlı inkişaf edən qaraciyər sirrozu fonunda qara ciyər xərçənginin də inkişaf etdiyi göstərilmişdir. Bu səbəblə qaraciyər piylənməsi diaqnozu qoyulan xəstələrin vəziyyəti ətraflı bir şəkildə dəyərləndirilməli və nəzarət altında saxlanılmalıdır.

Hepatoloq Könül Mahmudova


e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!