İnfobloq


Qaraciyərin xəstəlik əlamətləri

Xəstəlik və müalicə 15.01.16 429


 Unutmayın, qaraciyər öz xəstəliyi haqqında qışqırmır! Qaraciyərin bir çox xəstəlikləri heç bir şikayət vermədən inkişaf edə bilər, terminal mərhələlərə qədər. Sağlam olmayan qaraciyər zəhərli maddələri (toksinlərli) zərərsizləşdirə bilmir və nəticədə bəzi intoksikasiya(zəhərlənmə) əlamətləri meydana çıxır. İlk növbədə həzm sisteminin işi pozulur. Məsələn, iştah itir və ya azalır, bağırsaq pozulmaları müşahidə olunmağa başlayır, ürəkbulanma və başgicəllənmə periodik olaraq xəstələri narahat edir. Kal (nəcis) öz rəngini itirir, rəngsizləşir (normal nəcis rəngini öd piqmentləri verir), sidik isə narıncı rəng alır. Qarın nahiyəsində ağrılar hiss olunur. Qarın boşluğunda maye toplanmağa başlayır, qarın tezliklə şişir, ödemlər yaranır (bu vəziyyət assit adlanır). Öd piqmentləri qanda toplanaraq dərini və selikli qişaları sarı rəngə boyayır. Bu simptom xüsusilə, göz ağında (ağlı qişa) və qarın dərisində nəzərəçarpacaq dərəcədə hiss olunur. Daimi yorğunluq və zəiflik narahat edir. Bundan başqa əhval – ruhiyyənin tez-tez dəyişməsi, depressiya və şüurun “dumanlanması” da tədricən şikayətlərə əlavə olunur. Susuzluq hissiyyatı tez-tez hiss olunur, sidiyəgetmə tezləşir. Yüngül toxunuşdan dəridə göyərmələr yaranır, gözlənilmədən burundan, qida borusundan qanaxmalar ola bilər. Bütün bu əlamətlər- orqanızmi başa düşməyə əsas verir. Sizin qaraciyəriniz bu halda kömək istəyir. Bütün bu əlamətlərdən biri və ya bir necəsi olduğu halda həkimə müraciət etmək və xüsusi müayinə keçmək lazımdır. Hansılar ki, qaraqciyəriniz haqqında dolğun məlumat verə bilər. Sağlamlığınıza laqeyd olmayın!



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!