İnfobloq


Xərçəng riskini azaldan 7 mühüm məsləhət

Xəstəlik və müalicə 21.12.15 429


Onkoloq Jacky Turnerin məsləhətləri

1. Siqaretdən imtina edin

Amerikada ağ ciyər xərçəngi ümumi rast gəlinən onkoloji problemlərin çox hissəsini təşkil edir. Hər il 43,500 insana ağ ciyər xərçəngi diaqnozu qoyulur. Ağ ciyər xərçənginin 2 növü var : kiçik hüceyrəli ağ ciyər xərçəngi və kiçik hüceyrəli olmayan ağ ciyər xərçəngi. Hər iki nov ağ ciyər xərçənginin səbəbinin məhz siqaret olduğu sübut olunmuşdur. Ən çox rast gəlinən növ kiçik hüceyrəli olmayan ağ ciyər xərçəngidir, hansıki bu 80 % təşkil edir. Son illər qadınlar da siqaret istifadəsinə aludə olduqlarına görə qadınlar arasında da bu xərçəng novü yayılmışdır.

2. Az miqdarda içki için

Xərçəng xəstəliklərinin 4 %-nin səbəbi içki hesab olunur. Bu faiz hər il Amerikada nəzərdən keçirlir və əsas rast gəlinən ağız və boğaz, qirtlaq, döş nahiyəsi, bağırsaq və qaraciyər xərçəngləridir.

Bizim bədənimizə alkollu içki daxil olduğu zaman, o asid aldehid turşusuna çevrilir. Və bu da nəinki bizim DNT-mizi dağıdır, həmçinin onun özünü bərpa etmə qabiliyyətinə də mane olur. Baş və boyun xərçəngi alkollu içkidə olan kimyəvi maddələrin toksinləri ilə əlaqədar yarana bilər.

3. Yaxşı qidalanmaq lazımdır

Bilirsinizmi, bağırsaq xərçəngi Amerikada rast gəmiş dördüncü ən çox yayılan xərçəngdir. Risk faktorlarına yüksək miqdarda doymuş yağ qəbulu,emal olunmuş ət məhsulları, passiv həyat tərzi, normadan artıq çəki və s. Bu elamətlərdən hər hansı biri olarsa xəstəlik 60 yaş və ondan sonrakı illərdə özünün biruzə verəcək. Bu riski normal, balanslı, sağlam şəkildə qidalanaraq, xeyli miqdarda meyvə-tərəvəz qəbul edərək azaltmaq olar. Beləki, sağlam qidalanmamız bağırsaqlarımızın yaşı çalışmasına səbəb olacaq. Çalışın yüksək keyfiyyətli ət almağa çalışın. Mənbələr göstərmişdir ki, qirmızı ət riski 28 %, emal olunmuş ət məhsulları isə riski 20 %-ə qədər qaldırır.

4. Çəkinə nəzarət et

İngiltərənin baş tibb işçisi öz müsahibələrinin birində bildirmişdir ki, köklük qadınlar üçün ən böyük təhlükədir. Onun qeydiyyatına görə 2013-cü ildə 34-44 yaşlə qadınların 56,4 %i, 45-54 yaşlı qadınların isə 62 %-I artıq çəki xəstəliyindən əziyyət çəkmişlər. Biz bilirik ki, çəkinin normadan artıq olması bağırsaq, döş, böyrək, öd kisəsi, uşaqlıq və pancreas vəzinin xərçəng riskinin artırılmasına gətirib çıxarır. Mənbələr göstərir ki, həddən artıq köklük və çəkinin normadan artıq olması hər il ABŞ-da 17.000-dən çox insanın xərçənglə üzləşməsinə gətirib çıxarır. Amerikada xərçəng araşdırma fondu müəyyən etmişdir ki, kök qadının menapauza dövründə döş xərçənginə tutulması riski normal çəkili qadından 30 % yüksəkdir. Köklüyün xərçəng riskinə səbəb olmasına baxmayaraq, bəzi tədqiqatçılar araşdırmışlar ki, kök insanda yağ hüceyrələri xərçəngi öldürə biləcək hüceyrələr yarada bilər.

5. Ailə genetikası haqqında məlumat toplamaq

Döş xərçəngi hal-hazırda ən geniş yayılmış xərçəng novüdü və Amerikada hər il 55.000 insana bu diaqnoz qoyulur. Ən böyük risk yaş hesab olunur, çox az miqdarda insanlar üçün isə oz ailə geni hesab olunur. 80% olaraq bu xəstəlik 50 yaş və daha çox yaşı olan qadınlarda,5% isə sadəcə genində bu xəstəliyi daşıdığına görə bu xətəliyə düçar olmaları aşkar edilmişdir. Məsələn, dünya şöhrətli Hollyüood ulduzu Angelina Jolie genini yoxladaraq özündə BRCA1 genini aşkar etmiş və hər iki süd vəzilərini kəsdirmişdir. Bu yolla da xərçəngdən qurtulmuşdur. Əgər sən də buna görə narahatsansa, mütləq ailə üzvləri və öz genini mütəxəssis həkimlər tərəfindən yoxlatdır!

6. Özünün günəşdən qoru

Hətta qış olsa belə, günəş şüalarına aldanmayın. Bundan qaçın! Günəşin ultrabənövşəyi şüaları bizim dəri hüceyrələrimizdəki DNT-ni zədələyir və bu da gələcəkdə melanoma adlanan dəri xərçəngi riskini əmələ gətirir. Bu növ xərçəng ən çox gənclərdə müşahidə olunur. Günəş vannası qəbul edərkən belə gün qoruyucudan istifadə etməyi unutmayın. Vaxtaşırı üzünüzdə və ya bədəninizdə olan xal və çilləri müayinə edin,onlarda artım və böyümə olub-olmadığına nəzarət edin. Olarsa vaxtında həkimə müraciət edin!

7. ətraf mühitə qarşı diqqətli olun

Bəzi tikinti materialları asbestdən təşkil olunub,hansı ki, bu xərçəng əmələ gətiricidir. 1950-ci illərdə bu material ən çox istifadə olunan materiallar içinə daxil olmasına baxmayaraq, 1990-cı ildə bu material ləğv edildi. Asbest mezateliomaya gətirib çıxarırdıki, bu da ağ ciyər səddlərinə təsir edərək kiçik hüceyrəli olmayan ağ ciyər xərçənginə gətirib çıxarır,bu növ həmçinin siqaret çəkmə zamanı da yaranır. Hər il 4000 insan kiçik hüceyrəli olmayan ağ ciyər xərçəngindən dünyasını dəyişir. əgər şəhərdə kimyəvi maddələr çox istifadə olunursa o zaman maska taxın, çalışın əlcəkdən istifadə edin, meyvə tərəvəz alarkən mütləq yuyun və evə gələrkən əllərinizi mütləq yuyun.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!