İnfobloq


Dırnaqda ləkələr xəstəlik əlamətidirmi?

Ümumi kateqoriya 12.12.15 244


 

Amerika Birləşmiş Ştatları Cleveland Sağlamlıq Mərkəzinin professoru John Anthony və Skin Rules (Dəriyə qulluq qaydaları) kitabının müəllifi Debra Jaliman, dırnağın çox təhlükəli xəstəliklərin xəbərçisi ola biləcəyini ifadə ediblər.

Dünyaca məşhur Time jurnalına müsahibə verən mütəxəssislər dırnaqlarda bu əlamətlərin orqanizmdə problemlərdən xəbər verdiyini söyləyiblər:

- Solğun dırnaq sindromu: Əgər dırnaqlarınız solğun və ya digər rəngdədirsə, bu, sağlamlığınızla bağlı xəbərdaredici işarə ola bilər.Yaşıl rəng bakterial infeksiya göstəricisidir.Qırmızı xətlər ürəklə bağlı problemləri, maviyə çalan dırnaqlar qanda aşağı oksigen səviyyəsini, ağ rəng qaraciyər problemini və tünd rəngdə xətlər isə ürək xəstəlikləri və yaşlanmağı işarə edir.

- Asanlıqla qırılan dırnaqlar: Üzmək, həddindən artıq qab-qacaq yumaq, aşağı nəmli mühitlərdə olmaq, vitamin çatışmazlığı və yaşlanma dırnaqları elastikliyini zəiflədir.

- Çomak barmaq: Qaraciyər və böyrək narahatlıqlarının xəbərçisidir.

- Ağ ləkələr: Ümumiyyətlə kalsium əskikliyi səbəbiylə dırnaqda meydana gəlir.

- Üfüqi xəttlər: Beau xəttləri adı verilən bu çöküntülər diabet ya da sink çatışmazlığı əlaməti ola bilər.

- Çatlaq dırnaqlar: Çatlaq dırnaqlar əsasən təbəqə şəklində tökülən dırnaqlardır. Dırnaqlarınız tez-tez çatlayırsa, bu, fol turşusu və C vitamini çatışmazlığından xəbər verə bilər. Həmçinin xroniki pis qidalanma xəbərçisi də ola bilər.

- Qaşıq dırnaqlar: Yuxarı doğru dönük və yumşaq dırnaqlar "qaşıq dırnaq" olaraq adlandırılır və anemiya (qan azlığı)  dəmir çatışmazlığı, hemoxromatoz, ürək problemləri və qalxanvari vəzi xəstəliklərinin göstəricisi ola bilər.

- Qalın dırnaqlar:Çox qalın dırnaqlar təbii deyil. Normaldan daha qalın dırnaqlar ağciyər problemi, göbələk infeksiyası, qalxanvari vəzi və qan dövranı sistemi xəstəliklərinə dair xəbərdar edir.

Dalğalı dırnaqlar-Dırnaqlar mahiyyət etibarilə hamar səthlərdir. Əgər nəzərəçarpan dalğalanmalardan söhbət gedirsə, deməli, dəmir çatışmazlığı, artrit və ya lupus xəstəliyi əlaməti ola bilər.

 

- Dırnaqda çöküntülər: Sədəf xəstəliyinin əlaməti ola bilər.

- Dırnaq uclarında qara zolaqlar. dəri xərçəngi, melanoma ya da diyabet xəbərçisi ola bilər.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!