İnfobloq


Qarında küy. Səbəbləri nələrdir?

Ümumi kateqoriya 07.12.15 262


Qarında küy bağırsaqların fəaliyyəti nəticəsində əmələ gəlir. Bağırsaqlar normada hərəkət edərək qidanın bağırsaqlar boyu hərəkətini təmin edir. Bağırsaqlar boşluqlu orqan olduğundan qida onların daxilində hərəkət edərkən su borusunda meydana çıxan səsə uyğun küy yarada bilər. Qarında küy əsasən zərəri olmayan bir haldır və zaman-zaman hər bir kəsdə meydana çıxa bilər. Bağırsaq küyləri bağırsaq fəaliyyətinin mövcudluğunu təsdiq edən bir fenomendir və həkimlər tez-tez auskultasiya (stetoskop adlanan cihazla) vasitəsilə küyün olub-olmamasını yoxlayırlar. Bağırsaq küyünün olmaması çox ciddi bir problem hesab edilir və bağırsaq keçməməzliyinin əlaməti ola bilər.

Bağırsaq küyləri əsasən normal bir hadisə olsalarda da elə hallar var ki, küyün olması və xarakteri hər hansı bir patoloji dəyişikliyin olmasına işarə edir.

Yuxarıda da qeyd etdiyimiz kimi bağırsaq küylərinin olmaması bağırsaq keçməməzliyinin nəticəsi ola bilər. Amma bağırsaq küyünün olub-olmaması qərarını adi insanlar deyil, həkimlər verməlidir. Həkim küyün mövculuğu və intensivliyi haqqında qərarı auskultasiya nəticəsində verir. Odur ki, adi insanların bağırsaq küyünün olmaması qərarını vermələrə səhv ola bilər. Bağırsaq keçməməzliyi hallarında bağırsaq küylərinin itməsi qusma, qarında ağrılar, ümumi zəiflik kimi əlamətlərlə müşayət olunur.

Hipoaktiv bağırsaq küyləri normal bağırsaq səslərinin ton və dövriliyinin zəifləməsi deməkdir. Bu hal bağırsaq fəaliyyətinin zəifləməsini ğöstərir. Bağırsaq fəaliyyətinin zəifləməsi bəzi dərmanların qəbulu və ya cərrahi əməliyyatdan sonra baş vere bilər və adətən keçici olur. Amma bağırsaq fəaliyyətinin davamlı zəifləməsi qəbzliyə gətirib çıxarır.

Hiperaktiv bağırsaq küyləri bəzən stetoskop olmadan da eşidilir və bağırsaq fəaliyyətinin artmasını göstərir. Belə hallarda qida qəbulundan sonra ishal baş verə bilir.

Bir çox hallarda hiperaktiv və hipoaktiv bağırsaq küyləri bir-birini əvəz edə bilir. Məsələn, bağırsağın deşilməsi zamanı ilk öncə bağırsaq fəaliyyətində artma baş verir, sonralar isə bu fəaliyyət azalmağa və tam itməyə meyilli olur. Belə vəziyyət çox ciddi hesab edilir və həkimin təcili müdaxiləsi tələb olunur.

Səbəblər

Bağırsaq küyləri mədə-bağırsaq sisteminin normal fəaliyyəti nəticəsində meydana çıxır və əsasən zərərsiz olur. Amma küylərin güclənməsi, zəifləməsi və ya itməsi bəzi ciddi xəstəliklərin əlaməti ola bilər. Buna səbəb olan hallar barədə aşağıda məlumat verlir.

Hiperaktiv, hipoaktiv bağırsaq küyləri və ya küylərin itməsi:

 

  • Mexaniki bağırsaq keçməzliyi. Keçməzlik yirtiq, şiş, bitişmə kimi hallar nəticəsində törənə bilər. Bu zaman bağırsağın mənfəzi tutulur və bağırsaq möhtəviyyatı keçə bilmir.
  • Müsariqə arteriyasının tutulması (okklüziyası). Bağırsağı qidalandıran damarlar bu və ya digər səbəbdən (məsələn, qan laxtası) tutlur və bağırsaq divarında degenerativ pozğunluqlar əmələ gətirir. Qidalanması pozulan bağırsaq ilgəklərində isə hərəki fəaliyyət pozulur və bağırsaq küylərinin itməsinə səbəb olur.
  • Paraltik bağırsaq keçməzliyi. Paralitik bağırsaq keçməzliyi zamanı bağırsaqların sinir təchizatı pozulmuş olur. Sinir təchizatı infeksiya, bağırsaq ilgəyinin həddən ziyadə genişlənməsi, travma, bağırsağın tutulması, qan təminatının zəifləməsi, bəzi maddələrin çatışmzlığı (məsələn, kalium) kimi hallar üzündən pozula bilər.

 

Hipoaktiv bağırsaq küylərinin digər səbəbləri:

Bağırsaq hərəkiliyini zəiflədən dərman maddələri. Belə dərmanlara opiatlar (kodein daxil olmaqla), antixolinergiklər və feniltiazinlər aid edilə bilər.

 

  • Ümumi anesteziya.
  • Spinal anesteziya.
  • Qarının irradiasiyası (xərçəngə görə keçirilən radioterapiya zamanı).

 

Qarın boşluğunda cərrahi əməliyyatın keçirilməsi.

Hiperaktiv bağırsaq küylərinin digər səbəbləri:

 

  • İshal
  • Kron xəstəliyi
  • Mədə-bağırsaq qanaxması
  • Xoralı kolit
  • Qida allergiyası
  • İnfeksion enterit

 

Ümumi cərrah Ruslan Ağayev



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!