İnfobloq


Diabetin qarşısını almaq olarmı?

Xəstəlik və müalicə 19.11.15 209


Şəkərli diabetin ən geniş yayılmış forması olan ikinci tipini əksər hallarda dəf etmək olar.

Nəyə görə bu xəstəlik dünyada bu qədər geniş yayılmışdır (qiymətləndirməyə əsasən, əhalinin 3%-dən 5%-dək bu xəstəlikdən əziyyət çəkir)? Və nəyə görə bu xəstəlik başladıqdan 10-15 il sonra aşkarlanır(bu müddət ərzində onlar bir dəfə də olsun qanda şəkərin miqdarını yoxlatdırmayıblar)? Yəqin ki, insanlar diabetin inkişaf riski və onun gələcək fəsadlarını düzgün qiymət­ləndirə bilmirlər.

Şəkərli diabetdən əziyyət çəkən insanlar bu xəstəliyin yaradacağı fəsadları daha yaxşı bilirlər və xəstəliyin müalicəsi ilə bağlı da müəyyən təcrübəyə malikdirlər, bu baxımdan onlar öz yaxınlarına və dostlarına xəstəliyin qarşısını almaqla daha çox yardımçı ola bilərlər.

Xəbərdarlıq tədbirləri: sağlam həyat tərzinə çağırış       

Məlumdur ki, diabetə meyllilik irsi olaraq ötürülür. Amma xəstəliyin ona irsən meylli olan insanlarda yaranması üçün bir sıra digər amillərin də olması şərtdir: ən əsas amillər isə abdominal piylənməsə (qarın nahiyəsində) az hərəkətli həyat tərzi hesab olunur. Qeyd etmək lazımdır ki, hətta irsən bu xəstəliyə meylli olan insan çəkisini normal saxlayır və fəal həyat tərzi keçirərsə, diabet tip 2 ilə heç vaxt xəstələnməzlər.

Bədəni normal çəkidə saxlamaq piyin yığıl­ması, xüsusən do qarın nahiyəsində, ən mini­mal səviyyədə saxlanılmasıdır. Bu xüsusən də həyatın ilk illərində mühümdür, çünki kiçik yaşlardan başlanmış piylənmənin müalicəsidaha da çətindir. Əgər insan 18-20 yaşlarınadək arıq olubsa, o zaman bu çəki onun üçün ideal sayıla bilər və hər yaşda bu çəkidə qalmaq əsas hədəf olaraq seçilməlidir. Fiziki cəhətdən fəal olmaq üçün isə, gün ərzində ən azı 1 saat, həftə ərzində isə 5 saat fərdi yaşa və zövqə uyğun olaraq orta intensivliklə idmanla məşğul olmaq lazımdır.

Baxmayaraq ki, bəzi insanlar bu xəstəliyə tutulmaq riskini dərk edirlər, bu tip həyat tərzini saxlamaq onlara çətin gələ bilər.

Xəstəliyə meylliliyin qiymətləndirilməsi

Əgər sizin övladınız və ya hər hansı bir yaxın qohumunuz bədənin normal çəkidə saxlanılmasına və fiziki fəallığa qarşı laqeyd yanaşırsa, o zaman onda diabetin yaranma riskini qiymətləndirmək məqsədəuyğun olardı. İnsanın genetik olaraq diabetə meylli olub olmadığını müəyyən etmək üçün bir sıra analizlər təklif oluna bilər (onlardan bəziləri hazırda sınaq yoxlanışlarını keçirlər

və tezliklə istifadə oluna biləcəklər). Bu informasiya diabetə tutulma riskinə malik xəstələrdə sağlam həyat tərzinə qarşı motivasiyanın gücləndirilməsində yardımçı ola bilər və bu da öz növbəsində diabet tip 2-nin qarşı­sının alınmasına gətirib çıxara bilər.

Xəstəliyin tez aşkarlanmasi üçün analizlər                       

Diabetə meylliliyin qiymətləndirilməsindən və ya xəstəliyin qarşısını almaq üçün insanın aktiv həyat tərzi proqramına qoşulmasından asılı olmayaraq bilmək lazımdır ki, diabet aş­kar olunduğu andan uğurla müalicə oluna bilər.

Diabetin mümkün qədər tez aşkarlanması üçün mütəmadi olaraq qanda şəkərin miqdarı həm ac qarına, həm də yeməkdən bir saat son­ra yoxlanılmalıdır. Riskin səviyyəsindən (ge­netik meyllilik, yaş, piylənmənin səviyyəsi, fiziki fəallığın səviyyəsi) asılı olaraq bu ana­lizlərin müxtəlif tezliklərdə (6 ayda 1 dəfədən 2 ildə 1 dəfəyədək) aparılması məsləhət görü­lür. Qanda şəkərin miqdarı diabetə meylli xəstələrdə bu xəstəliyi doğura biləcək digər hallarda belə yoxlanılmalıdır, məsələn, ağır xəstəliklər və travmalar, stress və ya hamiləlik zamanı.

Diabetin bu tip əlamətlərinə fikir ver­mək xüsusən önəmlidir: çoxlu miqdarda sidik, səbəbsiz susama, ağızda quruluq, yaraların gec sağalması, tez-tez baş verən infeksiyalar, səbəbsiz çəki itirmə.

Daha yaxşısı qarşısını almaqdır

Siz yəqin fikir vermisiniz ki, diabetin qarşı­sını almaq üçün atılan addımlar (bədənin normal çəkisini saxlamaq və fiziki fəallıq) həmçinin bu xəstəliyin müalicəsində təməl daşı rolunu oynayır. Bu tədbirlər özlüyündə və həmçinin müəyyən olunmuş dərmanlarla birgə sizlərə ciddi ağırlaşmaların qarşısını almağa kömək edir.

Aydındır ki, xəstəliyin yaranmasının qarşısı­nı almaq daha məqsədəuyğundur. Ancaq problem orasındadır ki, xəstəliyin qarşısının alınması ilə bağlı nəzəri biliklərin olması in­sanların sağlam həyat tərzi keçirməyə və xəstəliyin qarşısını almağa bir o qədər də çox motivasiya etmir. Bu mənada şəkərli xəstələrin təcrübəsi onların qohumları və ya­xınları üçün əvəzsizdir. Sizin simanızda nü­munə və məsləhətləriniz xəstəliyin qarşısı­nın tam alınmasında və ya xəstəliyin inkişa­fının ləngidilməsində yaxınlarınıza çox bö­yük yardımçı ola bilər, xəstəliyin dağıdıcı təsiri yalnız onun düzgün qiymətləndirilmə- məsi və laqeydlik ucbatından baş verir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!