İnfobloq


Ən effektiv estetik prosedur

Xanımlara özəl 20.11.15 587


Mezoterapiya - müasir kosmetologiyada öz mühüm sözünü deyən ən effektiv estetik prosedurlardan biridir. Mezoterapiya – iynə vasitəsi ilə, birbaşa problem olan nahiyyəyə müxtəlif preparatların yeridilməsidir.

Mezoterapiyanın yaranma tarixi
Ümumiyyətlə, tibbdə mezoterapiya üsulu ilk dəfə 1953-cü ildə fransız həkimi Mishel Pister tərəfindən icad olunub. Pister kendlerin birində praktika keçərkən karlıqdan əziyyət çəkən pinəçini müalicə edirdi. Daha effektiv neticə almaq ücün Pister dərman preparatlarını inyeksiyalar vasitəsi ile bir başa xəstəliyin ocağına yeritməyə başladı ve bir neçe prosedurdan sonra neticələr hekimin gözlədiklərini də üstələdi. Pinəçinin eşitmə qabiliyyəti müvəqqəti bərpa olunur və  yanaşı olaraq preparatlar vurulan nahiyyədə dərinin umumi vəziyyəti də yaxşilaşdı. Pister preparatlarin birbasha ocaga vurulmasindan olan ”elave tesirI” etrafli ve derinden arashdirandan sonra netice cixarddiki eyni preparatlar muxtelif dozalarda muxtelif nogtelere yeridildiyi zaman tam fergli mualicevi effektler vere bilir. Belelikle, proffilaktik , estetik ve ya mualicevi effekt getiren xususi hazirlanmış koktellərin dərinin üst qatına (5mm gədər) vurulan çoxsayli inyeksiyalar metodikası olan mezoterapiya icad olundu. Pister icad etdiyi yeni metodikanın üstünlüklərini belə xarakterizə etdi “ six- six, az – az ve lazim olan nahiyyelere”.

Hansı hallarda istifadə olunur?

  • qırışlar; xrono və fotoyaşlanma
  • yorğun dəri
  • gözaltı qaratılar və şişkinlik
  • məsaməli, yağlı və quru dəri
  • civzələr, çapıqlar, piqment ləkələr

Mezoterapevtik  preparatlar
Mezoterapiyada istifadə olunan bütün dərmanlar orqanikdir, təbiidir. Sintetik məhlullardan istifadə olunmur. Ona görə də onların heç bir təhlükəsi yoxdur. Müxtəlif müalicəvi, proffilaktik ve estetik məqsədlər üçün nəzərdə tutulmuş preparatlarin oliqo elementlərin (vitamin, kallogen, mikroelement ve minerallarin) ibarət kokteyllər hazırlanır ve mikroskopik dozalarda kiçik iynə vasitəsi ilə birbaşa dərinin dermal qatına yeridilir.

Mezoterapiya seansına yazılın və mükəmməl üz dərisinə sahib olun!


Əliyeva Şəfa (Dermato-kasmetoloq)



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!