İnfobloq


Yenidoğulmuşlarla bağlı buraxılan səhvlər

Ana və körpə 11.05.16 607


Südəmər uşaqlar niyə ağlayır və qışqırırlar?

Tanınmış rus alim,  tibb elmləri doktoru, professor V.İ.Muraxın uşaqların sağlamlığı ilə bağlı  fikir və məsləhətlərini diqqətinizə çatdırırıq.

Südəmər uşaqlar aclığı, ağrını, ümumiyyətlə, narahatlıqlarını ağlayaraq və qışqıraraq bildirirlər.

Təcrübəli ana bunun səbəbini asanlıqla başa düşür. Təcrübəsizlər isə öz ehtimalları ilə dolaşırlar ki, bəzən bu, uşağın ziyanına olur. Çox vaxt qidalandıqda belə, uşaqlar aclıqdan ağlayırlar. Bu halda ağlamalar öncə yüksək olur, sonra sakit, yazıq-yazıq, daha sonra isə üzüntülü obraz formasında baş verir. Əgər uşaqda çəki azalması da baş verirsə, aydındır ki, qida ona azlıq edir. Bəzən uşaqlar süd həddən artıq yağlı olanda da ağlayırlar. Belə ki, yağlı süd onlarda sancılar yaradır. Bu zaman ağlama ucadan və uzunmüddətli olur. Bu səbəbdən yağlı südü qaynanmış su ilə qatmaq lazımdır. Sancını isə bir qaşıq çobanyastığı və ya şüyüd toxumu dəmi verməklə aradan qaldırmaq mümkündür.

Uşaqlar qulaqları ağrıyanda da ucadan ağlayırlar. Bu, əsasən, soyuqdəymədən yaranır. Bu zaman qulağın ardındakı sümüyə toxunmaq ağrını daha da çoxaldar. Uşağı sakitləşdirmək üçün qulağına bitki yağına, yaxud qliserin və karbol turşusuna batırılmış pambıq qoymaq lazımdır.

Uşaqlar nəm və ləkələnmiş bezlərdə yatmağı xoşlamırlar. Onlar buna ağlamaqla etiraz edirlər. Bu ağlamalar yerində durmamaqla müşahidə olunur. Bu cür narazılıqdan doğan ağlama bezdirici formada özünü göstərir. 

Uşaqları bit, birə və ağcaqanad dişləməsindən qorumaq üçün onların yatağına yovşan qoymaq məsləhətdir. Bu, həşəratları qovmaqda uğurlu vasitədir. 

Beyin iltihablaşması zamanı çığırtılar qulaqdeşici olur. Xəstəliyin inkişaf etməsi ilə qusmalar, qıcolmalar baş verir, çığırtılar zəifləyir. Bu zaman təcili surətdə həkimə müraciət edilməlidir. 
Boğaz ağrısı və laringit zamanı da çığırtılar zəif, xırıltılı olur.

Nəhayət, uşaqlar həmçinin xasiyyətlə əlaqədar ağlayır və qışqırırlar. Bu, əsasən, qucağa öyrənmiş uşaqlarda müşahidə olunur. Bu zaman uşaq qarşısında ona yazığı gələn doğma üz görərsə, o, öz istəyinə çatana kimi ağlamağa davam edəcək. Yad və laqeyd insanın qarşısında isə ağlamayacaq. Buradan belə bir nəticə çıxır: körpəlikdən sizdən də çoxbilmiş və “qəddar” olan uşaqların istəklərini tərbiyə etməyə çalışın. 

Valideynlər diqqətli olmalıdırlar

Məsləhət deyil ki, uşağı yedirtdikdən sonra onu sol çiyni üstdə uzadasınız. Belə ki, körpə uşağın qaraciyəri onun qarnının böyük hissəsini əhatə edir. Sol çiyin üstündə yatırmaq qaraciyərin mədəyə təzyiq edərək sıxılmasına, nəticə etibarilə, narahatlıq, gəyirmə və qusma yaranmasına səbəb olur. Buna görə də uşağı sağ çiyni üstdə uzatmaq lazımdır. 

Uşağı doğuşdan ilk 2-3 həftə sonrakı müddətdə işıqda saxlamayın. Yataq otağını qaranlıq edin; işıq onlara əziyyət verir və onlarda göz xəstəliyi yaradır. Uşağın qollarının harmonik inkişafı üçün onları hər iki əldə daşımaq lazımdır. Böyüyən uşağa əmzikdən istifadəyə və ya barmağını sormağa icazə verilməməlidir. Bu, onlarda dişlərin və dodaqların yanlış formalaşmasına səbəb olur. 

Uşağı tez yeriməyə məcbur etmək lazım deyil: əks təqdirdə, bərkiməmiş ayaqlarda əyrilik ola bilər. 
Heç bir halda körpə uşağa onu qucağında saxlayan anaya və ya başqasına vurmasına icazə vermək olmaz. Özünüzün də bu hala gülməsi yolverilməzdir, çünki bu hal uşağı həvəsləndirir. 

Bəzi uşaqlar həşəratlara əziyyət verməyə, onları iplə bağlamağa çalışırlar. Gələcəkdə uşaqlarda əzab vermək həvəsi yaradacaq bu vəziyyətə icazə verilməməlidir. 

Yeni doğulmuş körpəyə qulluq çətin işdir. Lakin uşağın gələcək inkişafı və sağlamlığı bu qulluqdan asılıdır. Buna görə də həkimin bütün məsləhətlərini yerinə yetirmək lazımdır: uşağı təmiz saxlamaq, təmiz havada gəzdirmək və sair. Uşaqlarda tez-tez müşahidə olunan dəri bişməsinin qarşısını almaq üçün dərini hər gün su və ya zəif yod məhlulu ilə yumaq (bir stəkan suya 1-2 damcı yod), sonra sürtməmək şərtilə yaxşı qurutmaq lazımdır.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!