İnfobloq


Dünənki çayı niyə içmək olmaz?

Ümumi kateqoriya 10.08.15 601


İstehsalçılar  bu içkini təzə dəmlənmiş  şəklində içməyi tövsiyə edirlər. Səbəb yalnız təzə olarkən çayın dadının və ətrinin daha yaxşı olması deyil. Əgər dəmi bir neçə saat açıq havada saxlasaq, oksigenin təsirindən onun tərkibində bakteriyalar və zərərli birləşmələr yaranmağa başlayır. Onlar çayın səthində nazik ağımtıl qat şəklində görünür və fincanda ərp kimi qalır. Bu maddələr daha çox mədə-bağırsaq traktına və əsasən də qaraciyərə dağıdıcı təsir göstərir.

Qaynar çayı sevməyənlərə çayı dəmləndikdən 10-15 dəqiqə sonra ilıq halında içmək məsləhət görülür. Soyuq halda isə yaşıl çayı və istənilən bitki çaylarını içmək olar, çünki soyumuş qara çay orqanizmə yalnız ziyan vurur. Əgər dəmlənmənin üstündən bir neçə gün və hətta bir neçə saat keçibsə, bu içkinin tərkibi artıq zəhərli maddələrlə zəngindir.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!