İnfobloq


Bu içkilər dişləri tökür

Ümumi kateqoriya 07.08.15 350


Energetik içkilər əhval-ruhiyyəni qaldırsa da, dişlərin zədələnməsinə səbəb olur. Rusiyanın RİA «Novosti» agentliyi ixtisaslı mütəxəssislərin xəbərdarlığını ictimaiyyətə çatdırıb. Məlumata görə, energetik içkilərdə turşuluğun miqdarı normadan çox yüksəkdir. Turşuluğun isə dişlərin mina təbəqəsini zəiflətdiyi deyilir. Energetik içkiləri qəbul edən şəxslərdə dişin mina təbəqəsində eroziyanın yaranması üçün bəzən 5 gün də kifayət edir.

Ekspertlər 9 energetik içki üzərində tədqiqat aparıblar. Onlar dişin mina qatını həmin içkidə saxladıqdan sonra iki saat da ağız suyunda saxlayıblar. 

Bu zaman 5 gündən sonra həmin təbəqədə aydın görünən zədələnmələr baş verdiyi müşahidə olunub.
Alimlər energetik içkilərin qəbulundan sonra dişin mina təbəqəsinin iki dəfə daha çox zədələndiyini və bundan sonra dişlərdə həssaslıq yarandığını müəyyənləşdiriblər. Həssaslaşmış dişlərdə isə kariyesin yaranma ehtimalı daha yüksək olur. 

Mütəxəssislər bunun qarşısını almaq üçün belə içkilərin qəbulundan sonra ağızı su ilə yaxalamağı və ya şəkərsiz saqqız çeynəməyi məsləhət görürlər.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!