İnfobloq


Bu qidaları səhər yemək xəstəlik yaradır

Ümumi kateqoriya 27.07.15 585


Mütəxəssislərin araşdırmalarına əsasən, səhər yeməyində istifadə olunan bir çox məhsullar insan orqanizmini üçün zərərlidir.  Heç ağlınıza gələrdimi ki,  yoğurt, banan və portağalı səhər yeməyində qəbul etmək olmaz?

Birmənalı olaraq ac qarına meyvə və tərəvəz yemək məsləhət görülmür. Məsələn, səhər yeməyi zamanı gündəlik banan yemək orqanizmdə maqnezium və kalium balansını poza bilər və ürək-damar narahatlıqlara səbəb olar.

Sitrus meyvələri bəzi hallarda qastrit əmələ gətirə bilər, hətta bəzi insanlarda allergiya yaratması mümkündür.

Pomidor və xurmadan çox istifadə mədədə daş əmələ gətirə bilər.

Kələm, xiyar, sarımsaq və istiot mədədə güclü qıcıqlanma yarada bilər.

Səhər yeməyində kartof mədəyə ağırlıq gətirir.

Diyetoloqların dediklərinə görə, ac qarnına yoğurt yemək onun faydalı əlamətlərini  heçə endirir, daha yaxşı olar ki, yoğurt yeməkdən 2-3 saat sonra və ya yatmazdan bir az əvvəl yeyilsin. Şirniyyat və konservləşdirilmiş məhsulların zərərinin hamı fərqinə varır, amma çox təəssüf ki, bir çox insanlar səhər yeməklərinə şirin peçenye və ya təzə bulka ilə başlayırlar. Təəssüf ki, bu qanda insulinin səviyyəsini artırır, mədəaltı vəzə, görmə qabiliyyətinə və s. ziyan edir.

Buna görə, həkimlər səhər yeməyində sıyıq, qarabaşaq yarması, süd, kəsmik və s kimi məhsullardan istifadə edilməsini təkid edirlər.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!