İnfobloq


Xeyirli düşünülən 7 zərərli qida

Ümumi kateqoriya 29.06.15 296


Pəhriz zamanı istənilən nəticəni əldə etmək üçün mütləq şəkildə bəzi qidalardan imtina etmək vacib sayılır. 

Ağ şəkər
Şəkərin bədən üçün heç bir qida dəyəri yoxdur. 3 qram şəkərdə 12 kalori var. Şəkər bədəninizdə çox tez sovrulur və çəkinizin artmağına səbəb olur. Pəhriz zamanı şəkər yemək istədikdə təzə meyvələr və bütöv taxıllı qidalar kimi təbii şəkər tərkibli ərzaqlar yeyə bilərsiniz.

Ağ un
Ağ unlar daha ağ və parlaq olduğu üçün çoxsaylı kimyəvi prosedurlardan keçirilir. Sağlamlığınıza elə də faydası toxunmayan ağ un bəsit karbohidrat tərkibli olduğu üçün tez acmağımızla yanaşı sürətli kökəlməyə də səbəb olur.

Ağ şokolad
Ağ şokolad, kakao yağı, şəkər və yağ kimi qarışıqdan ibarətdir. İnanılmaz dərəcədə yüksək kalorili bu şokolad növünün yağlılığı da çoxdur. Tərkibində təbii kakao olmadığına görə hər hansı bir antioksidant dəyəri də yoxdur. Antioksidantla zəngin olan qara şokolad tərkibində ən az 70% kakao olan bitter şokoladıdır və sağlamlığa ən az yaşıl çay qədər faydalıdır.

Ağ kartof
Kartof qlisemik indeksi yüksək olan qidadır və yeyiləndə qandakı şəkəri tez bir zamanda çoxaldır. Qan şəkərinizi nizamlaya bilsəniz metobalizmanı və yağ yandırmağınız sürətlənər.

Ağ çörək
Ağ undan bişirilmiş çörəklərin tərkibində yüksək nisbətli karbohidrat və sodium olur. Bir dilim ağ çörəkdə 58 kalori var və tərkibi sağlamlığa xeyirli heç nə yoxdur. 

Ağ şərab
Bir qədəh şərabın kalorisi markasına və çeşidinə görə 70-270 kalori arasında dəyişir. Şərab içmək istəyəndə kalorisi az olan ağ quru üzüm şərablarında istifadə edin.

Duz
Gündəlik qida rasionunda müəyyən miqdar duzdan istifadə olunur. Duzla bağlı problem onu tərkibində sodium olan qidalara əlavə etdikdə başlayır. Sodium bədəndə yüksək nisbətdə su saxlayaraq ödəm yaranmasına səbəb olur.



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!