İnfobloq


Anoreksiya nervoza

Ailə psixoloqu 24.06.15 189


Yemək pozuntusudur. Anoreksiyalı insanların hədsiz dərəcədə kökəlmək qorxuları vardır. Yediklərini tamamilə azaldaraq, təhlükəli səviyyədə arıqlaya bilirlər. Anoreksiya həm bədənə həm də insanın zehninə təsir edir. Pəhrizlə başlayıb daha sonra kontroldan çıxa bilirlər. Daima pəhriz, qidalanma və arıqlama haqqında düşünməyə başlayırlar. Çəlimsiz bir bədənə sahib olsalar da, ətrafdakıların onlara “arıqsan” demələrinə baxmayaraq, onlar güzgüdə öz əkslərini kilolu olaraq görürlər.

Anoreksiya gənclik dövründə başlayır. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Erkən müdaxilə və müalicə daha effektivdir. Əgər müalicəyə geciksə bu zaman xəstəlik ömür boyu davam edəcək bir problemə çevrilir. Müalicə edilməmiş anoreksiya ölümcül aclığa və osteoporoz (sümük əriməsi), böyrək zədələnməsi və ürək-damar xəstəliklərinə və s. yol aça bilir. Bəzi insanlar bu problemlərdən ölür.

Sizdə və ya tanıdığınız birində anoreksiya varsa tez zamanda müalicə alın. Zaman keçsə, sağalması daha çətin hala gələ bilər. Müalicə ilə şəxs həm özünü daha yaxşı hiss edər, həm də sağlam bədən ağırlığına qovuşar.

Əlamətləri:

  • normadan çox arıq olurlar,
  • kökəlməkdən hədsiz qorxurlar,
  • normal kiloda qalmağı rədd edirlər,
  • çox arıq olsalar da, kök olduqların düşünürlər,
  • həyatlarını arıqlamağa sərf edirlər,
  • yeyəcəkləri miqdarı çox azaldırlar,
  • xəstə olsalar belə, çox idman edirlər,
  • kökəlməmək üçün özlərini qusdururlar.

Bu hallar da müşahidə ola bilər:

  • psixoloji pozuqluqlar, xüsusilə depressiya,
  • yaşıdlarından daha uşaqsı hərəkətlər,
  • əsəbilik ya da sosial əlaqələr qurmaqdakı çətinlikləri səbəbindən digər insanlarla problemli münasibət qurma,
  • obsessiv-kompulsiv xüsusiyyətlər


e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!