İnfobloq


Övladı dəcəl olan valideynlərin diqqətinə

Ailə psixoloqu 18.05.15 357


Biz böyük insanların uşaqlara yanaşma tərzi münasibəti onların davranışlarına təsir edir. Düşüncələrimiz duyğularımızı duyğularımız da davranış şəklimizi tənzimləyir. Biz Psixoloqlar tez-tez, ”övladımı vurmaq istəmirəm”ona səsimi yüksəltmək istəmirəm, uşağa qarşı sakit təmkinli səbirli davranmaq istəyirəm, ancaq bu hər zaman alınmır, söyləyən valideynlərə rast gəlirik. Bəs nə etməməli?

Belə vəziyyətlərdə biz ilk olaraq anaların uşaqlara hansı prizmadan yanaşdıqlarına diqqət edirik.Belə ki,  dinləməyən uşaqlar üçün cəmiyyətimizdə formalaşmış  bəzi qəliblər var. “Diqqət çəkməyə çalışır”, ”Eqoistdir”, ”İnadcıldır”, “Düşüncəsizdir”, “Bilərək məni əsəbləşdirir”, “Bunun ata-anası da belə olub”, “ Genetikdir” və s.

Bu düşüncə  stereotiplər ilə özümüzdə fərqinə varmadan hadisəni özümüzünküləşdirərək  nəticə etibarı ilə söz dinləməyə bərabərdir n pis uşaq, pis valideyn oluruq. Valideynlər özlərini övladlarına məsuliyyətsiz diqqətsiz göstərməmək üçün uşaqlarının davranışlarını öz istədikləri yönə çəkmək istəyir. Özləri hiss etmədən vəziyyəti yönləndirməyə çalışdıqca daha da pis olur, və övladlarının gələcəyini daha da mənfi istiqamətə yönləndirmiş olurlar. Bu zaman valideynlərin özlərində də də özlərinə güvən hissi azalmağa başlayır və onlar mənfi düşüncələrə qapılırlar.

Əslində mövcud düşüncə qəliblərini biz yaratmamışıq. Bu düşüncə, görüşlər bizə öz valideynlərimizdən, məktəb həyatımızdan, cəmiyyətdən miras olaraq keçib. Ancaq əsas bu düşüncələrin haradan gəldiyi deyil, bizim bu düşüncə tərzinə uyub uymadığımızdır. Mən ümidvaram ki, biz artıq bu stereotip düşüncə tərzini darmadağın edəcəyik. Ona görə ki bu düşüncə tərzinin  nə bizim övladlarımıza , nə də bizə xeyri yoxdur. Biz nə etməliyik bu düşüncə tərzinə alternativ aşağıdakı üsullardan istifadə edə bilərik.

Uşaqlar aidlik duyğusu, sevildiyini hiss etmək duyğusu, özünü güclü hiss etmək  duyğusu, ailədə  fərd kimi bəlli bir yerinin olduğunu hiss etmək duyğusu ilə tanış olmalıdır. Məhz bu duyğuları övladlarımıza hiss etdirmənin bir çox yolları var. Bunlardan ikisi haqda söhbət açaq .Pozitiv və Neqativ yollardan təlim.

Uşaq özünə güvəni yoxdursa, əskik , heç bir zaman öz gücünə inanmayacaq. Onun öz gücünü hiss etməyə ehtiyacı var. Əgər biz övladımızın hər etdiyi işə qarışırıqsa, sərbəstlik vermiriksə, onun həyatı ilə bağlı kiçik böyük qərarları biz alırıqsa, məhz bu zaman biz övladımızın özünü güclü hiss etməsinin qarşısını almış oluruq və nəticədə nə baş verir? Uşaq özünü güclü hiss etmə ehtiyacını pozitiv yollardan qarşılama şansını itirmış olur və nə edir? Özünü güclü göstərmək üçün qardaşını vurur, dostlarını incidir, valideynləri ilə inadlaşır, çünki sizi əsəbləşdirəndə o özünü güclü hiss edir. Sizin duyğu və davranışlarınıza təsir edib sizi idarə edə bilcəyini sanır. Pozitiv yollardan həyatını idarə etmək şansı olmadığına görə neqativ yollardan idarə etməni kontrolu ələ almağa çalışır, çünki başqa yol bilmir. Axı o inkişaf yolunda olan bir uşaqdı. Əslində o inadçı, aqressiv, pis uşaq deyil. Sadəcə əsas ehtiyacı olan qayğını, diqqəti, nəvazişi duymaq istədiyini necə ifadə etsin bilmir.

Təbii ki, uşaq gəlib bizə ”Ata-ana, mənim indi özümü güclü hiss etməyə ehtiyacım var,  bunu necə edəcəyimi bilmədiyim üçün qardaşımı vururam” deyəcək səviyyədə olmadığı üçün neqativ yollarla istəyini bildirir. Yəni bu övladlarımız üçün əslində bir ünsiyyət şəklidir. Bu situasiyada heç kim pis deyil, nə valideyn nə də övlad. Sadəcə biz böyüklərin əsas vəzifəsi övladlarımıza əsas ehtiyaclarını qarşılamaq üçün neqativ yollara getməsin deyə bu ehtiyaclarını pozitiv yollardan qarşılamasını  öyrətmək lazımdır.

Əziz valideynlər, biz övladlarımızla bağlı neqativ düşüncə qəlibimizi dəyışdikcə əmin olun onların davranışlarıda müsbət yönə doğru dəyişəcək. Biz onlarla ünsiyyətimizi mülayimləşdirdikcə övladlarımız daha məsuliyyətli disiplinli söz dinləyən uşaqlar olacaqlar. İnanın övladlarımız bizi əsəbləşdirmək ,məyus etmək üçün neqativ davranış sərgiləmir, əksinə onlar biz valideynləri məmnun etmək üçün cəhdlər edirlər. Bizə layiq olmaq istəyirlər, onların motivasiyası budur. Balalarımızın daima doğru tərbiyə alması üçün bizim köməyimizə, sakit və sevgi dolu yol göstərməmizə ehtiyacları var.

Hazırladı: Gülnarə Məmmədova (Pedaqoq-Psixoloq)

 



e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!