İnfobloq


İnfarkt simptomları nələrdir?

Xəstəlik və müalicə 04.03.15 1199


Ürək xəstəlikləri dünyada insan ölümünə səbəb olan ilk faktorlardan biridir. Xüsusilə infarkt. İnfarkt keçirməzdən əvvəl onun bəzi əlamətlərini müşahidə etmək mümkündür. Həkimlər bu əlamətlərdən birini müşahidə edən kimi dərhal mütəxəssisə müraciət etməyi məsləhət görürlər. 

İnfarktın ilk əlaməti döş qəfəsində olan ağrılardır. Ancaq hər ağrı infarkt deyil. Bu ağrılar adətən daha öncə müşahidə edilməmiş, şiddətli ağrılar olur. Bəzən bu ağrılar qarının üst qismində də başlaya bilər. Qadınlarda isə infarktı göstərən əlamətlərdən biri süd vəzisində olan yanğılar ola bilər. 

Xəstəliyin digər əlamətləri isə aşağıdakılardır:

  • Baş hərlənməsi – səbəb ürək döyüntülərinin pozulmasıdır. 
  • Güçsüzlük – xüsusilə qadınlar ən yüngül şeyləri belə qaldırmaqda çətinlik çəkirlər. 
  • Nəfəs darlığı - asma və ya ağciyərində problem olan adamlar kimi nəfəs alıb-vermək infarktın ilk göstəricilərindəndir. Mütəxəssislər bəzən infarktın döş qəfəsində ağrı ilə deyil, məhz nəfəsdə yaranan problemlərlə başlaya biləcəyini deyirlər. 
  • Öksürək - uzun müddət davam edən öskürək infarkt göstəricisi ola bilər. Buna səbəb ciyərlərdə qan dövranının pisləşməsidir. 
  • Ağrılar - bir çox insanlarda infarkt zamanı ağrılar çiyin, qollar, çənə və ya başqa bölgələrdə olur. Kişilərdə daha çox sol qulaqda, qadınlarda isə qollar və çiyində ağrı müşahidə edilə bilər.
  • Yorğunluq - bu əlamətdən daim şübhələnmək lazımdır. Xüsusilə ilə vərdiş etmədiyiniz və daima sizi narahat edən yorğunluğunuz varsa, həkimə müraciət edin. 
  • Tərləmə - soyuq tər şübhələnməli olduğunuz bir haldır. Oturduğunuz yerdə heç bir səbəb olmadan tərləyirsinizsə, bu infarkt göstəricisi ola bilər. 
  • Ürək bulantısı və iştahsızlıq – infarktdan öncə ürək bulantısı və ya qusma tez-tez müşahidə edilən haldır. 
  • Ürək döyüntüsü – tez-tez və nizamsız ürək döyüntünüz varsa. həkimə müraciət etməkdə tələsin. 


e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!