İnfobloq


Cilddəki ləkələrdən qurtulma üsulları

Xanımlara özəl 03.03.15 746


Cildinizdəki çillərə görə özünüzü pis hiss edirsinizsə və nə edəcəyinizi bilmirsinizsə, bu 5 üsul ilə çillərinizdən xilas olaraq ləkəsiz bir cildə qovuşa bilərsiniz.

Çillər bəziləri üçün gözəllik bəziləri üçün isə tam bir qorxudur. Bədənin müxtəlif yerlərini örtən bu ləkələr, xüsusilə cildindəki çillərdən narahat olanların problemi halına gəlir və fərdlər özünü qüsurlu və ya çirkin hiss edirlər. Bu özü ilə barışıq olmama vəziyyətini ortaya qoyur və bu insanların sosial həyatlarına da təsir edir.

Siz də dərinizdəki çillərə görə özünüzü belə hiss edirsinizsə və bu ləkələrdən xilas olmaq üçün əməliyyatsız yollar axtarırsınızsa, bu 5 üsul məhz sizə görədir.

  • Yayda cəfəri yarpaqlarından, payızda isə cəfəri kökündən maska hazırlayın. Cəfərini (2 yemək qaşığı) maşından keçirib qiymə halına gətirin və təmizlənmiş dəriyə maska olaraq tətbiq edin. Göz altına cəfəri qoymayın. 20-30 dəqiqə sonra maskanı soyuq suyla yuyun və dərinizə nəmləndirici krem sürtün.
  • Cəfəri köklərini qaynadın, limon suyu ilə qarışdırın, üzünüzü bu qarışıqla səhər axşam silin.
  • 2 yemək qaşığı kök suyuna 20 damcı limon suyu əlavə edin və gündə 2-3 dəfə üzünüzə tətbiq edin. Maskanı 20-30 dəqiqə gözlədib sonra çıxardın.
  • 50 qram cəfərini yarım litr spirtin içinə qoyun, 2 həftə qaranlıq yerdə saxlayın və soyudaraq istifadə etməyə başlayın.
  • Üzünüzdə çillər əmələ gəlmişsə, üzünüzə pomidor dilimləri qoyun. Bu prosesdən əvvəl dəri yaxşıca təmizlənməli və az miqdarda qidalandırıcı krem çəkilməlidir. Maskanı 30 dəqiqə saxlayın və soyuq süddə isladılmış pambıqla çıxardın.


e-Sual

Həkim məsləhəti

Sual göndərin, cavab e-mailə gəlsin!

e-Bülleten

Sağlam həyat üçün

Abunə olun, bülleten e-mailə gəlsin!